Aşura günü iyunun 25-də olacaq

Aşura günü iyunun 25-də olacaqBu il Aşura günü iyunun 25-nə təsadüf edir.

BiG.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, QMİ-nin məsul əməkdaşı Samid Quliyev bildirib.

Onun sözlərinə görə, iyunun 16-sı Azərbaycan ərazisində Məhərrəm ayının ilk günüdür:

"Bu tarix eyni zamanda hicri-qəməri təqvimi ilə 1448-ci ilin başlanğıcı hesab edilir. İslam tarixində xüsusi əhəmiyyətə malik olan Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır və müsəlmanlar üçün mənəvi dəyərlər, fədakarlıq, səbir və iman nümunələrinin xatırlandığı mühüm zaman kəsiyidir. Bu ay insanları öz mənəvi dünyalarına nəzər salmağa, xeyirxahlıq və mərhəmət hisslərini daha da gücləndirməyə çağırır".

İlahiyyatçı alim qeyd edib ki, Məhərrəm ayının ən mühüm günlərindən biri Aşura günüdür:

"Bu il Aşura günü 25 iyun 2026-cı il tarixinə təsadüf edir. Aşura günü İslam tarixinin ən kədərli və eyni zamanda ən şərəfli hadisələrindən biri sayılan Kərbəla faciəsi ilə bağlıdır. Hicri 61-ci ildə baş vermiş bu hadisə zamanı Peyğəmbər (s) nəvəsi İmam Hüseyn və onun silahdaşları haqq, ədalət və mənəvi dəyərlər uğrunda şəhid olmuşlar. Kərbəla hadisəsi əsrlər boyu müsəlmanların yaddaşında zülmə qarşı mübarizənin, haqq yolunda dönməzliyin və mənəvi qəhrəmanlığın simvolu kimi yaşamaqdadır. Bu səbəbdən Məhərrəm ayı həm də insan ləyaqətinin, vicdan azadlığının və ədalət uğrunda mübarizənin təcəssümü kimi dəyərləndirilir.

Azərbaycanda Məhərrəm ayı boyunca məscidlərdə və dini məkanlarda müxtəlif mərasimlər, moizələr və dini-maarifləndirici tədbirlər təşkil olunur. Möminlər Kərbəla şəhidlərinin xatirəsini yad edir, birlik, həmrəylik və mənəvi kamillik ideyalarını təbliğ edirlər. Xüsusilə Aşura günü ehtiyacı olan insanlara yardım göstərilməsi, qanvermə aksiyalarında iştirak və xeyriyyəçilik fəaliyyəti kimi humanist təşəbbüslər geniş şəkildə dəstəklənir", - o əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 751   Tarix: 08 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moskva İrəvanın Aİ-yə inteqrasiya kursunu şərh etdi

Rusiya hesab edir ki, Ermənistan Avropaya inteqrasiyanın mümkün təhlükələrini obyektiv şəkildə qiymətləndirir. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Problemləri Departamentinin direktoru Vladislav Maslennikov RİA Novosti-yə müsahibəsində bildirib. "Ölkənin inkişaf vektorunu

12:17 145
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

15:39 169
.

"Yeraltı sərvətlər iqtisadi dəyərə çevrilir" - AÇIQLAMA

Azərbaycan dağ-mədən və metallurgiya sənayesinin inkişafını yeni mərhələyə çıxarmağa hazırlaşır. 2027-2030-cu illəri əhatə edəcək Dövlət Proqramının hazırlanması ilə mineral-xammal ehtiyatlarının daha səmərəli istifadəsi, xammalın ölkə daxilində emalının genişləndirilməsi və əlavə dəyər yaradan istehsa

13:41 148
.

"Təbii ehtiyatların səmərəli istifadə olunması, qeyri-neft sektorunun inkişafı dövlətin əsas prioritetlərindən biridir" - RASİM QULİYEV

"Azərbaycanın həm verimli torpaqları, həm təbii ehtiyatları baxımından çox zəngin bir hissəsi artıq qırx ilə yaxın bir müddətdə istifadəmizden kənarda qalmışdı. Zəfər qələbəmizə qədərki müddətdə təbii sərvətlərimiz Ermənistan və beynəlxalq şirkətlər tərəfindən vəhşicəsinə istismar edilmiş, qiymətl

12:45 206
.

"Layihənin geosiyasi və regional aspektləri xüsusilə diqqətəlayiqdir" - BƏHRUZ MƏHƏRRƏMOV

"Məlumdur ki, Azərbaycanın iqtisadi inkişaf modeli son illərdə yalnız mövcud resursların idarə olunması ilə kifayətlənməyib, gələcəyin qlobal çağırışlarına cavab verən, çevik və yüksək əlavə dəyər yaradan yeni sənaye sütunlarının inşasına yönəlmişdir. Prezident İlham Əliyevin "2027-2030-c

12:10 227
.

İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycanl

13:10 283
.

Dərs deyərkən halı pisləşdi, xəstəxanaya yerləşdirildi

Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanaya yerləşdirilib. "Qafqazinfo" xəbər verir ki, ötən gün vəziyyəti pisləşən aktyor özəl klinikaların birinə aparılıb. 48 yaşlı sənətçinin vəziyyəti ilə maraqlanmaq üçün onunla əlaqə saxladıq. R.Səfərov bildirdi ki, hazırda vəziyyəti ötə

17:34 96
.

Azərbaycanın metallurgiya strategiyası: xammaldan hazır məhsula

"Metallurgiya sahəsinin inkişafına dair Dövlət Proqramının əsas iqtisadi əhəmiyyəti Azərbaycanın xammal ixrac edən ölkədən daha çox əlavə dəyər yaradan sənaye ölkəsinə çevrilməsi baxımından qiymətləndirilə bilər. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə proqramın 2027-2030-cu illər

12:28 147
.

Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Avtomobillər aşdı - Video

Bu gün Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "Masazır dairəsi" adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub. Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılara

12:52 286
.