"İsrail Hizbullahın hərbi potensialını tamamilə sıradan çıxarmağa çalışır" - BƏHRUZ QULİYEV
"İran və İsrail arasında yenidən alovlanan hərbi qarşıdurma göstərir ki, aprelin ayında əldə edilmiş atəşkəs razılaşması uzunmüddətli siyasi həll deyil, sadəcə müvəqqəti fasilə xarakteri daşıyırdı. Son günlər İsrailin Livanda Hizbullah mövqelərinə, xüsusilə Beyrut ətrafına endirdiyi zərbələrdən sonra İranın İsrail istiqamətində ballistik raketlər buraxması və bunun ardınca İsrailin İran ərazisində hərbi və strateji hədəflərə zərbələr endirməsi regionu yenidən genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə qoyub. Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, burada əsas məqam ondan ibarətdir ki, İsrail Hizbullahın hərbi potensialını tamamilə sıradan çıxarmağa çalışır. İran isə Hizbullahı Yaxın Şərqdə özünün ən mühüm təsir alətlərindən biri hesab edir. Bu səbəbdən İsrailin Livandakı əməliyyatları, faktiki olaraq, Tehran tərəfindən öz milli təhlükəsizliyinə və regional maraqlarına yönəlmiş addım kimi qəbul edilir.
Digər tərəfdən, ABŞ vasitəçiliyi ilə aparılan danışıqların istənilən nəticəni verməməsi və tərəflər arasında qarşılıqlı etimadın formalaşmaması da vəziyyəti daha da mürəkkəbləşdirib. Atəşkəs dövründə belə Livan istiqamətində hücumların tam dayanmadığı görünürdü və bu da yeni eskalasiyanın əsasını hazırlayırdı.
"Hesab edirəm ki, hazırkı mərhələdə hadisələr təkcə İran və İsrail arasında deyil, bütövlükdə Yaxın Şərqdə yeni geosiyasi düzənin formalaşdırılması uğrunda mübarizənin tərkib hissəsidir. Əgər tərəflər yaxın günlərdə yenidən diplomatik masaya qayıtmasalar, qarşıdurmanın Livan, Suriya, İraq və hətta Fars körfəzi regionuna daha geniş şəkildə yayılması ehtimalı kifayət qədər yüksəkdir.
Bu proseslərin fonunda dünya güclərinin əsas məqsədi regional müharibənin qlobal təhlükəsizlik böhranına çevrilməsinin qarşısını almaqdır. Çünki Yaxın Şərqdə hərbi eskalasiya təkcə siyasi deyil, həm də enerji təhlükəsizliyi və beynəlxalq iqtisadiyyat baxımından ciddi nəticələr vəd edir." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 630 Tarix: 08 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250