"NBC News": Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər
Pentaqon İsrailin ABŞ-yə qarşı kəşfiyyat fəaliyyətinin güclənməsindən narahatdır.
"Report" xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən kanalı yayıb.
Onların sözlərinə görə, son həftələrdə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi (DIA) İranla müharibədə sonrakı addımlarla bağlı İsrail və ABŞ arasında artan fikir ayrılıqları fonunda əks-kəşfiyyat təhdidinin yeni qiymətləndirməsini hazırlayıb. Bununla da İsrail tərəfindən gələn təhdid səviyyəsi "kritik" kateqoriyasına qaldırılıb.
Mənbələrin iddiasına görə, bu qərar Pentaqonun, İsrailin ABŞ Prezidenti Donald Tramp administrasiyasında Yaxın Şərq münaqişələri məsələləri üzrə daxili müzakirələr və qərar qəbuletmə prosesi haqqında məlumat əldə etmək üçün yüksək vəzifəli ABŞ məmurlarını müşahidə etməyə xüsusi səylər göstərdiyi ilə bağlı narahatlıqları ilə əlaqədardır.
Mənbələrdən biri qeyd edib ki, DIA-nın qiymətləndirməsinə yeddisəhifəlik sənəd və analitik cədvəl daxildir. Sənəddə ABŞ tərəfinin narahatlığını artıran bir sıra konkret insidentlər sadalanıb.
Vaşinqtondakı İsrail səfirliyi öz növbəsində bu ittihamları qəti şəkildə rədd edib.
"İsrailin ABŞ-yə qarşı casusluq etdiyini iddia etmək tamamilə yanlışdır. İsrail ABŞ strukturları, xüsusilə də bu ölkənin hökumətinin nümayəndələri haqqında kəşfiyyat məlumatları toplamır", - səfirlikdən bildirilib.
Ağ Ev nümayəndələri öz tərəflərindən bildiriblər ki, məlumat "yalandır və baş verənlər haqqında heç bir məlumata malik olmayan mənbələrin sözlərinə əsaslanır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 555 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14.11.2026 183 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14.11.2026 251 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 167 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 208 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 144 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 24 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 197 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 78 Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 0