ABŞ Dövlət Departamentindən xəbərdarlıq - "Bu ölkələrə getməyin"

ABŞ Dövlət Departamentindən xəbərdarlıq - "Bu ölkələrə getməyin"ABŞ Dövlət Departamenti Yaxın Şərqdə müşahidə olunan gərgin vəziyyətlə əlaqədar region ölkələrinə dair səyahət xəbərdarlığını qüvvədə saxlayıb.

"AzPolitika" xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin yenilənmiş Travel Advisory (Səyahət Tövsiyələri) sistemində dərc olunub.

Məlumata əsasən, qurumun açıqlamasında qeyd olunur ki, bölgədə təhlükəsizlik şəraiti mürəkkəb olaraq qalır və hadisələrin sürətlə dəyişməsi ehtimalı yüksəkdir. Bu səbəbdən Yaxın Şərqdə yaşayan və ya həmin ölkələrə səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına maksimum ehtiyatlı davranmaq tövsiyə olunub.

Dövlət Departamentinin səyahət tövsiyələri sisteminə görə, "Səyahəti yenidən nəzərdən keçirin" mənasını daşıyan 3-cü səviyyə xəbərdarlığı Bəhreyn, İsrail, İordaniya, İordan çayının Qərb sahili, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün qüvvədə saxlanılıb.

Eyni zamanda, ən yüksək risk kateqoriyası hesab olunan və "Səyahət etməyin" çağırışını ehtiva edən 4-cü səviyyə xəbərdarlığının İran, İraq, Livan, Suriya, Qəzza zolağı və Yəmənə şamil edildiyi vurğulanıb.

ABŞ rəsmiləri regiondakı vəziyyətin qısa müddətdə dəyişə biləcəyini bildirərək, vətəndaşları rəsmi məlumat mənbələrini mütəmadi izləməyə, həmçinin səyahət planlarını təhlükəsizlik amillərini nəzərə alaraq yenidən qiymətləndirməyə çağırıblar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 106   Tarix: 05 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vergidən yayınmanın cəzası nədir? - Cərimədən həbsədək

"Vergi qanunvericiliyində hesabatların və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə müxtəlif maliyyə sanksiyaları nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericiliklə müəyyən edilmiş verg

15:31 204
.

Hərbidən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər

Diplomatik xidmətə müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılmağa xitam verilməsi ilə bağlı qanun dəyişir. "Qafqazinfo" xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Diplomatik xidmət haqqında" layihədə öz əksini tapıb. Hərb

12:08 203
.

Benyamin Netanyahu Hizbullah terror təşkilatı ilə atəşkəsin olmayacağını açıqlayıb

İsrail Baş naziri Benyamin Netanyahu Livanda mümkün atəşkəslə bağlı hazırda yekun razılığın olmadığını bildirib. Məlumata görə, Netanyahu hökumət daxilində səslənən etirazlara münasibət bildirərək qeyd edib ki, "Hizbullah" hərəkatı hazırkı mərhələdə atəşkəsə razılıq vermir. Onun sözlərinə görə

15:56 189
.

Millət vəkilindən cərimə balları və yollardakı xətlənmələrə etiraz

Mili Məclisin iclasında çıxış edən deputat Naqif Həmzəyev şəhərdaxili və bölgələrarası marşrutlarda fəaliyyət göstərən sürücülərin qarşılaşdığı çətinlikləri diqqətə çatdırıb. -nun xəbərinə görə, deputat bildirib ki, peşəsi sürücü olan şəxslər avtomobil yollarında adi sürücülərə nisbətən 5-8 dəfə dah

21:45 93
.

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-1

13:12 184
.

ABŞ Dövlət Departamentindən xəbərdarlıq - "Bu ölkələrə getməyin"

ABŞ Dövlət Departamenti Yaxın Şərqdə müşahidə olunan gərgin vəziyyətlə əlaqədar region ölkələrinə dair səyahət xəbərdarlığını qüvvədə saxlayıb. "AzPolitika" xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin yenilənmiş Travel Advisory (Səyahət Tövsiyələri) sistemində dərc olunub. Məlumata əsasən

21:30 102
.

Bred Pitt İnes de Ramonla evlənməyi planlaşdırmır: SƏBƏBİ

Hollivud ulduzu Bred Pitt boşanmasının gələcək planlarına necə təsir etməsindən danışıb. xarici KİV-ə istinadən xəbər verir ki, zərgərlik dizayneri İnes de Ramonla uzunmüddətli münasibətdə olmasına baxmayaraq, aktyor yenidən evlənməyi planlaşdırmır. Aktyorun yaxın ətrafı bildirir ki, 62 yaşlı Pitt həl

18:15 170
.

Paşinyan: Qərarımızı xarici qüvvələr verməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin zərurət yaranacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib. xəbər verir ki, Paşinyan bu barədə İctimai Televiziyada yayımlanan seçkiqabağı debat zamanı danışıb. Debat zamanı "Güclü Ermənistan" partiyasını

11:19 187
.

Artan zorakılıq halları: cəzaların sərtləşdirilməsinə ehtiyac varmı? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Son vaxtlar ölkədə cinsi zorakılıq halları ilə bağlı müxtəlif xəbərlər ictimai diqqəti yenidən bu mövzuya yönəldib. Cəmiyyət arasında bu tip hadisələrin qarşısının alınması və mövcud vəziyyətin daha dərindən təhlil edilməsi ilə bağlı müzakirələr artmaqdadır. Hadisələrin mediada əks olunması isə problemi

14:41 193
.

TOP MP3