Avropada ən əsəbi qadınların hansı ölkədə yaşadığı açıqlandı
Böyük Britaniyadakı qadınlar digər Avropa qadınlarına nisbətən daha çox qəzəb hiss edirlər. Bu nəticə Hologic Qlobal Qadın Sağlamlığı İndeksi çərçivəsində aparılan genişmiqyaslı beynəlxalq araşdırmada ortaya çıxıb. Araşdırma 76 mindən çox qadın və qızı əhatə edib.
Qaynarinfo xəbər verir ki, nəticələr barədə "The Independent" nəşri məlumat yayıb.
2024-cü ilin məlumatlarına görə, britaniyalı qadınların təxminən 1/4-i sorğudan əvvəlki gün qəzəb hiss etdiyini bildirib. Müqayisə üçün, Avropa üzrə orta göstərici 13% təşkil edib. Bundan əlavə, Böyük Britaniyada qadınlar arasında qəzəb səviyyəsi son bir ildə 47% artıb, halbuki əksər Avropa ölkələrində bu göstərici sabit qalıb.
Tədqiqatçılar bu tendensiyanı qadın sağlamlığının pisləşməsi və tibbi xidmətlərə çıxışla bağlı problemlərlə izah edirlər. Son reytinqdə Böyük Britaniya 142 ölkə arasında 41-ci yerdən 48-ci yerə enib və müşahidələr tarixində ən zəif nəticəni göstərib.
Britaniyalı qadınların təxminən 1/3-i mütəmadi olaraq fiziki ağrı yaşadığını bildirib ki, bu da araşdırmanın başladığı vaxtdan bəri ən yüksək göstəricidir. İştirakçıların təxminən 40%-i tibbi xidmətlərə çıxış çətinlikləri səbəbilə narahatlıq və məyusluq yaşadığını qeyd edib. Hər 10 qadından təxminən 7-si son 5 ildə Milli Səhiyyə Xidmətinə (NHS) müraciət zamanı gecikmələrlə qarşılaşdığını bildirib.
Araşdırma müəllifləri qeyd edirlər ki, səhiyyə xidmətlərinə çıxış problemləri qadınlara daha çox təsir edir. Britaniya səhiyyə sisteminin məlumatlarına görə, müayinə və müalicə növbəsində gözləyənlərin böyük hissəsini qadınlar təşkil edir. Xüsusilə ginekoloji xidmətlərdə növbələr ən uzun olan sahələrdən biri olaraq qalır.
Hologic Qlobal Qadın Sağlamlığı İndeksi hər il qadınların fiziki və psixoloji rifahını, eləcə də səhiyyə xidmətlərinə çıxış imkanlarını qiymətləndirir. Araşdırmada stress səviyyəsi, ağrı, emosional vəziyyət və profilaktik müayinələr kimi bir çox göstəricilər nəzərə alınır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 744 Tarix: 05 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 174 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
14.11.2026 190 Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə
14.11.2026 195 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
14.11.2026 212 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
14.11.2026 245 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 189 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14.11.2026 277 Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
00:07 82 Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 130