Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
İntizamsızlığa görə "Qarabağ"ın əsas heyətindən qovulan Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyev karyerasını Yunanıstanda davam etdirə bilər.
Qaynarinfo Futbolinfo.az-a istinadən xəbər verir ki, sol cinah müdafiəçisi ilə bu ölkənin "Panatinaikos" klubu maraqlanır.
Son mövsümü 4-cü pillədə bitirən Afina təmsilçisi Konfrans Liqasında iştirak edəcək. Komandanın sol cinah müdafiəçisinə ehtiyacı var. Bu mövqedə hazırda üst səviyyədə çıxış edən əsas futbolçuları yoxdur.
"Panatinaikos"a yeni baş məşqçi təyin olunub. 4 ildir ki, Danimarkanın "Kopenhagen" klubunun "sükanı arxasında" olan Yakob Neestrup yunanları çalışdıracaq. Cəfərquliyev isə danimarkalı mütəxəssisə tanış simadır. Belə ki, cari mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda onun çalışdırdığı "Kopenhagen" "Qarabağ"la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Həmin görüşdə isə Elvin "Matçın oyunçusu" seçilmişdi.
Görünən odur ki, Neestrup Azərbaycan yığmasının üzvünü izləməkdə davam edib və onu yeni komandasında görmək niyyətindədir.
Amma yunanların marağı hələ rəsmi təklifə çevrilməyib. "Qarabağ" müdafiəçisi üçün transfer haqqı istədiyindən keçid rahatlıqla başa gəlməyəcək.
Elvinə Serbiya "Partizan"ı və Portuqaliya "Braqa"sı da maraq göstərir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 556 Tarix: 03 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?
Türkiyədə xarici turistlərin xərcləri ilə bağlı açıqlanan son statistikaya görə, ziyarətçilər ən çox qida və içkiyə pul xərcləyirlər. Bu statistika turistlərin səfər zamanı hansı sahələrə daha çox vəsait ayırdığına marağı artırıb. Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə gələn turistlər daha çox hans
14:55 150 Ceyhun Bayramov Kiyevdə
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb
10:10 154 Yaddaş və diqqət üçün ən yaxşı içki hansıdır? - Nevroloqdan cavab
Nevroloq Kiran Bat koqnitiv sağlamlığın qorunması üçün ən faydalı hesab etdiyi içkinin qəhvə olduğunu açıqlayıb. xəbər verir ki, o, bu barədə Eating Well nəşrinə müsahibəsində danışıb. Həkimin sözlərinə görə, qəhvə yaddaşın və ümumilikdə beyin fəaliyyətinin dəstəklənməsində mühüm rol oynaya bilər.
10:57 215 Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda
Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli
05.08.2026 374 Ürək və qan dövranını ən yaxşı gücləndirən məşq: Velosiped və gəzinti deyil
Mütəxəssislərin fikrincə, ürək sağlamlığını qorumaq müntəzəm fiziki fəaliyyətin ən vacib məqsədlərindən biridir. Onların sözlərinə görə, qan dövranı sistemini hərtərəfli gücləndirən ən effektiv məşqlərdən biri üzgüçülükdür. Qaynarinfo xəbər verir ki, "Onet Kobieta" nəşrinin yazdığına görə
05.08.2026 428 Mal əti bahalaşıb - VİDEO
İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərin
05.08.2026 332 Sabah 39 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti
12:45 184 Rusiyalı turistlərə qarşı rəftar iddiaları Gürcüstanda cinayət işi ilə nəticələndi
Gürcüstanda rusiyalı turistlərə qarşı qeyri-adekvat rəftar edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar üzrə cinayət işi açılıb. xəbər verir ki, bu barədə RİA Novosti Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadən məlumat yayıb. Məlumata görə, böhtan xarakterli informasiya kampaniyas
10:34 165 Siyasi ekspert: İranın ABŞ və İsraillə Ukraynaya qarşı eyni cəbhədə olması real görünmür
"İranın son bəyanatları göstərir ki, Yaxın Şərqdəki qarşıdurma artıq tədricən Avrasiya geosiyasi məkanına da sirayət edir. Ukraynanın İranın hərbi-logistika maraqlarına toxunan addımları və Qərblə hərbi-texnoloji əməkdaşlığı Tehranda ciddi narahatlıq doğurur. Buna görə də İranın sərt ritorikay
12:29 170