Rumıniyadakı insidentə NATO necə cavab verəcək?

Rumıniyadakı insidentə NATO necə cavab verəcək?Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) Rumıniyanın hava məkanına daxil olaraq Ukrayna ilə sərhəd yaxınlığında yerləşən Qalaç bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına düşməsi regionda yeni müzakirələrə səbəb olub. Rumıniya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı NATO müttəfiqlərini və Alyansın baş katibini məlumatlandırdığını açıqlayıb. Rəsmi Buxarest həmçinin PUA-lara qarşı mübarizə vasitələrinin Rumıniyaya çatdırılması prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini istəyib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, son dövrlərdə Rusiyanın ABŞ-nin diqqətinin İran məsələsinə yönəlməsi və Vaşinqtonla Avropa arasında bəzi fikir ayrılıqlarının yaranması fonunda daha cəsarətli addımlar atdığı barədə fikirlər səslənir. Bu insident də həmin yanaşmaları gücləndirən amillərdən biri kimi qiymətləndirilə bilər. Lakin məsələyə daha geniş geosiyasi kontekstdən baxdıqda fərqli məqamlar da ortaya çıxır:

"Rumıniya NATO-nun şərq cinahının əsas ölkələrindən biridir. Onun Qara dənizdə strateji mövqeyə malik olması, Ukrayna ilə uzun sərhədi paylaşması və Alyansın hərbi infrastrukturunda mühüm rol oynaması ölkəni Rusiya-Qərb qarşıdurmasının ön xəttinə çevirib. Bu səbəbdən Rumıniya ərazisində baş verən hər hansı hadisə artıq təkcə ikitərəfli məsələ deyil, NATO-nun kollektiv təhlükəsizlik sisteminə aid bir problem kimi qiymətləndirilir.

Bununla belə, NATO-nun bu hadisəyə görə Rusiyaya birbaşa hərbi cavab verəcəyi inandırıcı görünmür. Daha real ssenari Rumıniya və digər şərq cinahı ölkələrində hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, bölgəyə əlavə hərbi qüvvələrin yerləşdirilməsi və hava patrullarının intensivliyinin artırılmasıdır. Çünki Alyans rəhbərliyi bir pilotsuz uçuş aparatının yaratdığı insidentə görə Rusiya ilə açıq hərbi qarşıdurmanın Avropa üçün idarəolunmaz nəticələr doğura biləcəyini yaxşı anlayır.

Digər tərəfdən, NATO-nun əsas strategiyası birbaşa hərbi eskalasiyadan daha çox çəkindirmə siyasətinə əsaslanır. Alyans üçün əsas məqsəd Rusiyaya cavab zərbəsi endirməkdən çox, oxşar hadisələrin təkrarlanmasının qarşısını almaqdır. Buna görə də hadisənin nəticəsi böyük ehtimalla yeni hərbi əməliyyatlardan deyil, Rumıniya, Polşa və Baltik ölkələrinin müdafiə imkanlarının genişləndirilməsindən, kəşfiyyat və müşahidə fəaliyyətinin gücləndirilməsindən ibarət olacaq.

Məsələnin Avropa İttifaqı aspekti də diqqət çəkir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bildirib ki, Rusiyanın təcavüzkar müharibəsi daha bir "qırmızı xətti" keçib və hadisə artıq Avropa İttifaqının ərazisində baş verib.

Onun sözlərinə görə, Rusiya PUA-sı Rumıniyada sıx məskunlaşmış əraziyə düşərək mülki şəxslərin yaralanmasına səbəb olub:

"Avropa İttifaqı Rumıniya və onun xalqı ilə tam həmrəydir. Aİ xüsusilə şərq sərhədlərində təhlükəsizlik və çəkindirmə tədbirlərini gücləndirməklə yanaşı, Rusiyaya təzyiqi də artıracaq".

NATO hadisəni kollektiv təhlükəsizlik və hərbi çəkindirmə prizmasından dəyərləndirsə də, Brüssel məsələyə daha çox Avropa ərazisinə yönəlmiş təhlükə kimi yanaşır. Bu səbəbdən Avropa İttifaqının Ukraynaya dəstəyini davam etdirməsi və Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməsi ehtimal olunur.

Hadisəyə ən sərt reaksiya isə Rumıniyadan gəlib. İnsidentdən sonra Rusiyanın Rumıniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Rumıniya Prezidenti Nikuşor Dan bildirib ki, Rusiyanın Konstansadakı baş konsulu ölkədə arzuolunmaz şəxs elan olunub və Baş Konsulluğun fəaliyyəti dayandırılacaq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bəyan edib ki, Rumıniyanın bu addımlarına cavab gecikməyəcək. Böyük ehtimalla Moskva da qarşılıqlı prinsip əsasında Rumıniyanın Rusiyadakı diplomatlarından birini arzuolunmaz şəxs elan edə bilər.

Bununla belə, mövcud şəraitdə tərəflər arasında birbaşa hərbi qarşıdurma və ya genişmiqyaslı müharibə ehtimalı aşağı qiymətləndirilir. Hazırkı mərhələdə daha çox diplomatik gərginliyin, qarşılıqlı məhdudiyyətlərin və təhlükəsizlik tədbirlərinin artırılmasının şahidi olmaq mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 574   Tarix: 01 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.