Moldova-Rumıniya birləşməsi: Tarixi proses, yoxsa yeni siyasi risk?
Moldovanın xarici işlər naziri Mixay Popşoy ölkəsinin Rumıniya ilə birləşməsi ehtimalına münasibət bildirib. Nazir bu ideyaya müsbət yanaşdığını qeyd edib.
Rumıniya vətəndaşı olduğunu xatırladan Popşoy deyib ki, belə bir təşəbbüs irəli sürülərsə, onun əleyhinə olmayacaq. Bununla yanaşı, o vurğulayıb ki, məsələnin taleyi Moldova vətəndaşlarının iradəsindən asılıdır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Moldovanın Rumıniya ilə birləşməsi mövzusu son dövrlər daha intensiv şəkildə müzakirə olunur. Rəsmi Kişinyovun MDB-dən uzaqlaşmaq siyasəti fonunda bu prosesin sürətlənəcəyi ilə bağlı fikirlər səsləndirilir. Üstəlik, bu istəyin yalnız Moldovadan qaynaqlandığı görünmür. Yanvarın 12-də Moldova Prezidenti Maia Sandu ölkəsinin Rumıniya ilə birləşməsinə müsbət yanaşdığını bildirib. Rumıniya prezidentinin müşaviri Yevgeni Tomak isə bu mövzuda danışıqlara başlamağa hazır olduqlarını açıqlayıb. Daha sonra Rumıniya Prezidenti Nikuşor Dan da bəyan edib ki, Moldova cəmiyyəti belə bir addımı dəstəkləyərsə, Buxarest bu prosesi müzakirə etməyə və həyata keçirməyə hazırdır:
"Tarixi baxımdan Moldova, Transilvaniya və Valaxiya ilə birlikdə rumın torpaqları hesab olunur. Rumıniya dövləti 1859-cu ildə Valaxiya və Moldaviya knyazlıqlarının birləşməsi nəticəsində formalaşıb. Sonrakı mərhələdə Transilvaniya da Rumıniyanın tərkibinə daxil edilsə də, bugünkü Moldova ayrıca siyasi inkişaf yolu keçərək müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlayıb. Bu səbəbdən iki ölkənin birləşməsi ideyası bəzi dairələr tərəfindən tarixi prosesin davamı kimi qiymətləndirilir.
Bununla belə, məsələyə birmənalı yanaşılmır. Xüsusilə Moldovanın cənubunda yaşayan qaqauzlar Rumıniya ilə birləşməyə qarşı çıxırlar. Onlar hesab edirlər ki, belə bir proses zamanla milli və mədəni kimliklərinin zəifləməsinə, hətta assimilyasiyaya səbəb ola bilər. Müşahidəçilərin fikrincə, əhalisinin sayı az olsa da, qaqauzların mümkün birləşmə qərarına qarşı ciddi etiraz nümayiş etdirməsi istisna edilmir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 603 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 174 Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric
14.11.2026 193 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
14.11.2026 315 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 174 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
14.11.2026 193 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
14.11.2026 214 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 316 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 155 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 154