Niyə AI terapevti əvəz etmir?
"Süni intellektlə danışmaq, ondan məsləhət almaq və fikirləri bölüşmək mümkündür. Bir çox insan üçün bu, müəyyən mənada rahatlaşdırıcı da ola bilər. Çünki süni intellekt 24/7 əlçatandır, mühakimə etmir və səbirli şəkildə cavab verir".
Bunu BiG.AZ-a açıqlamasında İKT mütəxəssisi Elvin Həsənov bildirib.
O, qeyd edib ki, lakin burada vacib bir məqam var: süni intellekt psixoloq deyil. Texniki baxımdan AI böyük həcmdə məlumatlar üzərində öyrədilmiş bir modeldir. O, emosiyaları hiss etmir, empati yaşamır, klinik diaqnoz qoymur və fərdi məsuliyyət daşımır. Sadəcə verilən məlumatlara əsasən ehtimal olunan cavab formalaşdırır. Bu səbəbdən insanın daxili vəziyyətini dərindən analiz edib tibbi və ya psixoloji qərar vermək səlahiyyəti yoxdur. Ona görə də süni intellekti "mənim psixoloqumdur" kimi qəbul etmək doğru yanaşma sayılmır:
"Digər tərəfdən, AI müəyyən hallarda dəstək aləti kimi faydalı ola bilər. Məsələn, stressin idarə olunması, ümumi tövsiyələr, vaxtın düzgün planlanması və ya özünüinkişaf mövzularında məlumat əldə etmək üçün istifadə edilə bilər. Lakin depressiya, travma, panik atak və ya digər ciddi psixoloji vəziyyətlərdə mütləq canlı mütəxəssisə müraciət etmək lazımdır. Süni intellekt heç bir halda peşəkar terapevti əvəz edə bilməz.
Burada diqqət edilməli mühüm psixoloji risklərdən biri də odur ki, bəzi insanlar real sosial münasibətlər əvəzinə süni intellektlə ünsiyyətə üstünlük verə bilər. Bu isə uzunmüddətli perspektivdə sosial izolyasiya və emosional asılılıq yarada bilər. Xüsusilə gənclər arasında bu balansın qorunması olduqca vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 524 Tarix: 25 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur. "Qafqazinfo" xəbər verir ki, bu barədə itkin tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün artıq 30 gün tamam olur ki, Zeynəblə bağl
16:00 292 Uşağın əlindən "iPhone 16"sını alıb "20 Yanvar"da satdı - Kamera GÖRÜNTÜLƏRİ
Bakının Nizami rayonunda yeniyetməyə qarşı soyğunçuluq edilib. xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərl
19:15 143 David Seliverstova Çingiz Qənizadəyə CAVAB: "Hüquqi müzakirələr qanun üzərində qurulmalıdır"
Hörmətli Çingiz Qənizadə!. Siz uzun illərdir hüquq müdafiəçisi kimi çıxış edir, ictimaiyyət qarşısında hüququn aliliyini, qanunçuluğu və Konstitusiyanın prinsiplərini müdafiə etdiyinizi bəyan edirsiniz. Məhz buna görə də cəmiyyət sizdən hər bir məsələyə hüquqi meyarlarla yanaşmağı gözləyir. Azərbayca
20:02 140 Paytaxtın bu ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxano
21:15 2 Suyun altında sirli ildırımlar çaxır: Alimlər səbəbini tapa bilmir
Sakit okeanda əsrlərdir müşahidə olunan və "te lapa" ("işıq parıltısı") adlandırılan sirli sualtı işıq saçmaları alimlər üçün hələ də açılmamış təbiət hadisələrindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "Popular Mechanics" nəşrinin yazdığına görə, bu hadisə okeanı
22:15 1 "İnfantino dərhal getməlidir" - Futbol əfsanəsi Fiqudan FİFA prezidentinə sərt TƏNQİD
"Barselona" və "Real"ın keçmiş oyunçusu FİFA prezidentini yalan danışmaqda günahlandırıb və istefa verməyə çağırıb. -ın xarici mediaya istinadən xəbərinə görə, portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu FİFA prezidenti Canni İnfantinonu sərt tənqid edib. "Barselona" və "Real"ı
21:15 2 Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi
Bakının Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüst
20:27 101 Təkbaşına səyahətlər niyə yeni trendə çevrilir?
Getdikcə daha çox turist mütləq planlaşdırma azadlığı naminə şüurlu şəkildə solo-səyahətlərə üstünlük verir. Əvvəllər tək səyahət edənlərə yüngül rəğbətlə yanaşırdılar: hesab olunurdu ki, insan tək səyahətə yalnız şirkətin (yoldaşın) olmaması səbəbindən gedir. Lakin bu gün vəziyyət kökündən dəyişib
21:00 60 Ətirinizin qoxusu günlərlə qalacaq - Satıcıların demədiyi sadə üsul
Bir çox insan bahalı ətirlərin belə bir neçə saatdan sonra demək olar ki, hiss olunmadığını müşahidə edir. Çox vaxt bunun səbəbinin ətirin keyfiyyəti və ya istehsalçısı olduğu düşünülür. Halbuki parfümeriya sahəsinin mütəxəssisləri bildirirlər ki, qoxunun qalıcılığı böyük ölçüdə onun necə tətbiq edilməsində
21:30 1