Yaşı 65 olanların NƏZƏRİNƏ - 2030-cu ilə qədər...
Qlobal demoqrafik strukturda böyük dəyişiklik gözlənilir.
BiG.AZ Musavat.com-a istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər 65 yaş və üzəri əhalinin sayı gənc əhalini ötəcək və yaşlıların sayı 5 yaşdan kiçik uşaqların sayından iki dəfə çox olacaq.
Birləşmiş Millətlər Təşkilatının bu proqnozları dünya üzrə yaşlı əhali ilə bağlı siyasətlərin və sosial dəstək sistemlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Xüsusilə Asiya və Avropa ölkələri yaşlanan əhali problemi ilə mübarizə aparmağa çalışır.
BMT-nin son hesablamalarına görə, dünya əhalisi 2030-cu ildə təxminən 8,5 milyarda, 2050-ci ildə isə 9,7 milyarda çatacaq. 2100-cü ildə isə bu rəqəmin 10,4 milyard olacağı proqnozlaşdırılır.
Məlumata görə, 2030-cu ildə qlobal miqyasda 65 yaş və üzəri insanların sayı 15-24 yaş arası gənclərin sayını keçəcək. Eyni zamanda yaşlı əhali 5 yaşdan aşağı uşaqların sayından iki dəfə çox olacaq.
Araşdırmalara əsasən, dünyada 65 yaş və üzəri insanların sayı 2050-ci ildə iki dəfədən çox artaraq 1,6 milyarda çatacaq. Bu baş verərsə, yaşlılar dünya əhalisinin 16 faizindən çoxunu təşkil edəcək.
BMT-nin 2023 Dünya Sosial Hesabatına görə, dünyanın ən yaşlı əhalisi Asiya və Avropada yaşayır. Əhalisinin 30 faizi 65 yaşdan yuxarı olan Yaponiya siyahıya başçılıq edir. İtaliya 23 faizlə ikinci yerdədir. Finlandiya, Portuqaliya və Yunanıstanda isə yaşlı əhalinin payı təxminən 22 faizdir.
Digər tərəfdən, Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsi və Cənubi Koreyada yaşlı əhalinin payının gələcəkdə 40 faizə çataraq Yaponiyanı keçəcəyi düşünülür.
Mütəxəssislər bildirirlər ki, inkişaf etməkdə olan ölkələrdə əhalinin qocalması inkişaf etmiş ölkələrlə müqayisədə daha sürətlə gedir. 2050-ci ilə qədər yaşlı əhalinin böyük hissəsinin inkişaf etməkdə olan ölkələrdə yaşayacağı gözlənilir.
BMT yaşlı insanların ehtiyaclarına uyğun səhiyyə, sosial xidmət və baxım sistemlərinin gücləndirilməsinə çağırış edir. Xüsusilə demensiya kimi xəstəliklərdən əziyyət çəkən yaşlılara dəstəyin artırılmasının vacibliyi vurğulanır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 699 Tarix: 24 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 67 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
14.11.2026 198 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 155 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor
00:42 62 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
14.11.2026 226 Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 145 Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video
Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini
00:44 62 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 178 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14.11.2026 272