Şəxsi məlumatlarınızı qorumaq üçün bu qaydalara əməl edin

Şəxsi məlumatlarınızı qorumaq üçün bu qaydalara əməl edinParkda, kafedə və ya ticarət mərkəzində təqdim olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı hesab edilmir. Çünki bu tip şəbəkələr açıq mühitdə fəaliyyət göstərir. Yəni eyni anda onlarla, bəzən isə yüzlərlə insan eyni şəbəkədən istifadə edir və bu da risk ehtimalını artırır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, əsas problem ondadır ki, belə şəbəkələrdə məlumat ötürülməsi hər zaman kifayət qədər qorunmur. Eyni şəbəkəyə qoşulan başqa bir şəxs texniki biliklərdən istifadə edərək məlumat axınını izləməyə cəhd göstərə bilər:

"Ən geniş yayılmış təhlükələrdən biri də saxta Wi-Fi şəbəkələridir. Məsələn, "Free WiFi" və ya "Park_WiFi" kimi adlarla eyni məkanda saxta şəbəkə yaradılır və istifadəçi fərqinə varmadan həmin şəbəkəyə qoşulur. Bu zaman istifadəçinin həyata keçirdiyi bütün fəaliyyətlər risk altına düşə bilər.

Lakin bu, pulsuz Wi-Fi istifadəsinin tam təhlükəli olduğu anlamına gəlmir. Burada əsas məsələ istifadəçinin həmin şəbəkədə hansı əməliyyatları yerinə yetirməsidir. Məsələn, xəbər oxumaq, xəritəyə baxmaq və ya video izləmək nisbətən təhlükəsiz hesab olunur. Amma bank tətbiqlərinə daxil olmaq, kart məlumatlarını yazmaq, dövlət xidmətlərindən istifadə etmək və ya iş e-poçtuna qoşulmaq artıq riskli sayılır.

İstifadəçilərin özlərini qoruması üçün bir neçə vacib qaydaya əməl etməsi tövsiyə olunur. İlk növbədə, qoşulduqları şəbəkənin həqiqətən həmin məkana aid olub-olmadığını dəqiqləşdirməlidirlər. İkincisi, ictimai Wi-Fi şəbəkələrində kart və şəxsi məlumatlar daxil edilməməlidir. Üçüncüsü, cihazlarda avtomatik Wi-Fi qoşulma funksiyasını söndürmək məsləhətdir ki, telefon naməlum şəbəkələrə özü qoşulmasın. Bundan əlavə, saytlara daxil olarkən "https" ilə başlayan şifrələnmiş bağlantılara üstünlük vermək vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 631   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vətəndaşlarla təhsil sektorunun işçisi arasında insident - Video

Goranboyda vətəndaşlarla təhsil sektorunun əməkdaşı arasında insident yaşanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə bu günlərdə vətəndaş tərəfindən lentə alınıb. İlkin məlumata görə, hadisə Goranboy rayon təhsil sektorunun inzibati binasında qeydə alınıb. Sektor müdiri Vüsal Cəfərovun qəbulun

24.09.2026 223
.

Hava məkanımızı dörd PUA pozub - Maya Sandu

Cümə axşamına keçən gecə Rusiyaya məxsus dörd pilotsuz uçuş aparatı (PUA) ölkənin hava məkanını pozub. Bunu Moldova Prezidenti Maya Sandu öz rəsmi "X" səhifəsində bildirib. "Rusiyanın Ukraynaya kütləvi hücumu bu gün səhər yenidən Moldovaya da təsirsiz ötüşməyib: Rusiyaya məxsus dörd PU

24.09.2026 193
.

Ukrayna və İran məsələlərində diplomatik kanallar niyə önəmlidir?

ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında təmaslar Ukrayna müharibəsi və İran ətrafındakı gərginlik fonunda diqqət çəkir. Bu görüşlərdən dərhal yekun siyasi razılaşma gözləməkdənsə, Vaşinqton və Moskva arasında diplomatik kanalların açıq saxlanılması baxımında

24.09.2026 228
.

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbər

24.09.2026 170
.

Sənədsiz ev avtomatik olaraq qanunsuz tikili sayılırmı? - Ekspertdən açıqlama

"Hər hansı tikilinin sənədsiz olması avtomatik olaraq onun qanunsuz tikili olması anlamına gəlmir. Burada torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, həmin ərazi üzrə şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər ayrıca araşdırılmalıdır"

24.09.2026 228
.

Brad Pittin yeni filminə təriflər yağdı

Brad Pittin baş rolda çəkildiyi, rejissoru David Ayer olan "Vahşinin ürəyi" (Heart of the Beast) filminin ilk tənqidi rəyləri yayımlanıb. Alyaskanın sərt təbiətində iti Odinlə birlikdə sağ qalmağa çalışan keçmiş hərbçinin hekayəsindən bəhs edən film tənqidçilər tərəfindən emosional təsir güc

24.09.2026 279
.

27 Sentyabr - Anım Günüdür

27 Sentyabr - Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən müharibəsinin başlandığı, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs tarixdir. Bu gün torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin qarşısında baş əydiyimiz, onların fədakarlığın

24.09.2026 254
.

Təyyarə qəzasında bacı-qardaşı ölmüşdü - Sevgilisini qətlə yetirdi

Qusarda meşədə meyit tapılıb. APA-ya istinadla xəbər verir ki, sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində Bakı şəhər sakini 50 yaşlı Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunu

24.09.2026 468
.

"FAKTI" Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: "Bu, absurddur"

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığı və bu qərarın absurd adlandırıldığı material dərc edib. "Report" xəbə

24.09.2026 192
.