Qanunda tutulma müddətləri ilə bağlı mühüm məqamlar
"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulma müddəti ümumilikdə üç saatdan artıq ola bilməz. Lakin bu qaydanın müəyyən istisnaları mövcuddur. Belə ki, sərhəd rejimini, sərhədboyu zolaq rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədindəki buraxılış məntəqələrinin rejimini pozan, avaralıqla məşğul olan, eləcə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə qanunsuz qalması və ya ölkədə olma qaydalarının pozulması hallarında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətinin müəyyən edilməsi və ya xətanın hallarının araşdırılması məqsədilə tutulma müddəti 24 saatadək uzadıla bilər".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, eyni zamanda, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından inzibati qaydada çıxarılması ilə bağlı qərarın icrasından yayınma hallarında və ya belə halın ehtimal edilməsi üçün kifayət qədər əsaslar olduqda, şəxs şəxsiyyətini təsdiq edən sənəd olmadığı halda hakimin qərarı ilə üç günədək müddətə inzibati qaydada tutula bilər:
"Fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazilərdə isə komendant saatı rejimini pozan şəxslər xüsusi icazə vərəqələri olmadan küçələrdə və ictimai yerlərdə olduqda komendant saatı bitənədək, şəxsiyyətini təsdiq edən sənəd olmadan olduqda isə şəxsiyyət müəyyən edilənədək inzibati qaydada tutula bilər.
Həmçinin dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonalarında şəxsiyyətini təsdiq edən sənədləri olmayan şəxslər şəxsiyyəti müəyyən edilənədək, xüsusi əməliyyata mane olan hərəkətlər törədən şəxslər isə 48 saatadək inzibati qaydada saxlanıla bilər.
Barəsində inzibati həbs tənbeh növünün tətbiqi nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər də 24 saatadək tutulma rejimində saxlanıla bilər. Bəzi hallarda isə, işin mürəkkəbliyi, xəta törədən şəxslərin çoxluğu və ya istintaqın gedişinə mane olan digər səbəblər olduqda bu müddət 48 saatadək uzadıla bilər. Eyni zamanda, şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının müəyyən edilməsi məqsədilə tibbi yoxlamaya göndərilməsi hallarında da 48 saatadək inzibati qaydada saxlama tətbiq oluna bilər.
Cinayət təqibi çərçivəsində isə tutulmuş şəxsin saxlanma müddəti 48 saatdır. Bu müddət ərzində şəxsə ittiham elan edilməli, həbs üçün prokuror təqdimatı olduqda isə o, məhkəməyə çıxarılmalı və məhkəmə dərhal həbs qətimkan tədbirinin seçilməsi və ya azadlığa buraxılması barədə qərar qəbul etməlidir.
Lakin bəzi ağır və xüsusilə ağır cinayətlər üzrə işlərin xüsusi mürəkkəbliyi, şübhəli və ya təqsirləndirilən şəxslərin çoxluğu və ya materialların həddindən artıq olması 48 saatlıq müddət daxilində prosessual hərəkətlərin həyata keçirilməsinə mane olduqda, bu müddət müstəntiqin əsaslandırılmış vəsatəti və prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə 48 saatdan artıq olmamaq şərtilə uzadıla bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 643 Tarix: 21 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 193 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 331 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
14.11.2026 228 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14.11.2026 220 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 152 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 194 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 196 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
14.11.2026 198 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
14.11.2026 183