The New York Times-dan Şok İddia: Əhmədinejad Yenidən Hakimiyyətə Qayıda bilər? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ-ın İrana qarşı yenidən mümkün hərbi əməliyyatlara hazırlaşdığı və İsrailin "Mossad" kəşfiyyat xidmətinin İranın sabiq prezidenti Mahmoud Ahmadinejad ilə bağlı planlar qurduğu iddiaları beynəlxalq medianın gündəminə çevrilib. Xüsusilə The New York Times qəzetində yayımlanan məlumatlarda ABŞ və İsrailin İran daxilində siyasi dəyişiklik ssenarilərini müzakirə etdiyi, hətta müəyyən dairələrin Əhmədinejadın yenidən ön plana çıxarılmasını istədiyi qeyd olunur. İddialara görə, "Mossad" İran daxilində hakimiyyət böhranı yaranacağı təqdirdə alternativ fiqurlar üzərində işləyib.
Bu məlumatlar regionda gərginliyin yenidən artdığı bir dövrdə Vaşinqton və Tehran arasında münasibətlərin daha da kəskinləşə biləcəyi ehtimallarını gücləndirib.
Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, ABŞ və İsrail ətrafında yayılan bu cür iddialar Yaxın Şərqdə onsuz da gərgin olan siyasi vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Onun sözlərinə görə, İran daxilində hakimiyyətlə bağlı müxtəlif ssenarilərin müzakirə olunması yeni məsələ deyil: "Lakin xarici xüsusi xidmət orqanlarının hansısa siyasi fiquru ön plana çıxarmağa çalışdığı barədə məlumatlar region ölkələrində ciddi narahatlıq yaradır. Əhmədinejad İran siyasətində radikal və sərt mövqeyi ilə seçilən simalardan biridir. Onun yenidən gündəmə gətirilməsi İran daxilində siyasi balansı dəyişdirə, eyni zamanda ABŞ-İran münasibətlərində qarşıdurmanı daha da dərinləşdirə bilər.
Hazırkı mərhələdə informasiya savaşları da hərbi və siyasi proseslərin əsas tərkib hissəsinə çevrilib. Belə xəbərlərin mediaya sızdırılması təsadüfi deyil. Bu, həm İran hakimiyyətinə mesaj vermək, həm də regionda psixoloji təzyiq formalaşdırmaq məqsədi daşıya bilər. Hazırda Yaxın Şərqdə istənilən kiçik gərginlik böyük geosiyasi böhrana çevrilmək potensialına malikdir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 597 Tarix: 21 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 193 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 331 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
14.11.2026 228 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14.11.2026 220 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 152 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 194 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 196 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
14.11.2026 198 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
14.11.2026 183