Dünyada dörd günlük iş həftəsinə keçən ilk ölkə - Nəticələr TƏƏCCÜBLƏNDİRİCİDİR
İslandiya dünyada faktiki olaraq dörd günlük iş həftəsinə keçən ilk ölkə kimi tarixə düşüb. Üstəlik, ölkə iş saatlarının azaldılmasının iqtisadiyyata zərər vurduğu barədə geniş yayılmış fikri də təkzib edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, rəsmi statistikaya görə, İslandiya iqtisadiyyatı geriləmək əvəzinə 2025-ci ildə 1,3 faiz böyüyüb.
2026-cı ildə isə iqtisadi artımın 3 faizə çatacağı proqnozlaşdırılır. Eyni zamanda işsizlik səviyyəsi Avropanın ən aşağı göstəricilərindən biri olaraq qalır.
"Eurostat"ın məlumatlarına əsasən, İslandiyanın 2025-ci ildəki iqtisadi artım tempi Almaniya, İsveç, Norveç, Fransa və İtaliya kimi daha böyük iqtisadiyyatları geridə qoyub.
Yeni modelin tətbiqindən əvvəl Britaniyanın Autonomy təşkilatı və İslandiyanın Alda tərəfindən geniş araşdırmalar aparılıb.
Tədqiqatların nəticələrinə görə, iş həftəsinin qısaldılmasından sonra stress və peşəkar tükənmişlik əhəmiyyətli dərəcədə azalıb, işçilərin psixi və fiziki sağlamlıq göstəriciləri yaxşılaşıb, insanlar ailə və şəxsi həyat üçün daha çox vaxt əldə edib, əmək məhsuldarlığı artıb, çünki işçilər daha dincəlmiş və diqqətli olublar.
Dünyanın ən böyük eksperimentlərindən biri
Yeni sistemə keçid 2015-2019-cu illərdə Reykjavik şəhər rəhbərliyi və İslandiya hökuməti tərəfindən həyata keçirilən iki böyük pilot layihə ilə başlayıb. Eksperimentdə 2500-dən çox insan, yəni ölkə əhalisinin təxminən 1 faizi iştirak edib. Layihəyə yalnız ofis əməkdaşları deyil, həmçinin uşaq bağçaları, məktəblər, xəstəxanalar, sosial xidmətlər və polis strukturları da daxil edilib.
Əsas model həftəlik iş vaxtının maaş azaldılmadan 40 saatdan 35-36 saata endirilməsini nəzərdə tuturdu. Bunun üçün şirkətlər və dövlət qurumları iş proseslərini optimallaşdırıb, lazımsız iclasları və əlavə tapşırıqları azaldıblar.
Araşdırma göstərib ki, işin effektivliyi işlənilən saat sayından deyil, diqqət və düzgün təşkilatdan asılıdır.
Qeyd olunur ki, İslandiyanın uğuru xüsusilə Generation Z arasında dəyişən iş yanaşmaları ilə üst-üstə düşür. Gənclər artıq fasiləsiz işləmə mədəniyyətindən uzaqlaşaraq daha çevik və balanslı iş şəraiti tələb edirlər.
"Z nəsli üçün iş artıq həyatın əsas məqsədi deyil, şəxsi rifah və psixi sağlamlıqla balanslaşdırılmalı olan həyatın bir hissəsidir", - materialda bildirilir.
İslandiyanın uğurlu təcrübəsi artıq digər ölkələrin əmək bazarına da təsir göstərməyə başlayıb. Həmkarlar ittifaqları və hökumətlər Böyük Britaniya, İspaniya, Yeni Zelandiya və digər ölkələrdə oxşar təşəbbüslərin irəli sürülməsi üçün bu modelin nəticələrindən istifadə edirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 681 Tarix: 20 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 193 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 331 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
14.11.2026 228 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14.11.2026 220 2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 152 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 194 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 196 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
14.11.2026 198 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
14.11.2026 183