Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
"Yeni Şəhər Gündəliyinin nəzərdən keçirilməsi yerli hökumətlərin və yerli fəaliyyətin daha fəal cəlb olunması yolu ilə çoxtərəfliliyin gücləndirilməsi üçün strateji imkan yaradır".
Oxu.Az xəbər verir ki, bunu BMT Baş Katibinin İcraiyyə Ofisinin Siyasət üzrə baş katibin müavini Qay Bernard Rayder Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşünə ünvanladığı videomüraciətdə deyib.
O bildirib ki, 10 il əvvəl üzv dövlətlər Kitoda keçirilən Mənzil və Davamlı Şəhər İnkişafı üzrə BMT-nin III Konfransında Yeni Şəhər Gündəliyini qəbul ediblər.
"Bu sənəd üzv dövlətlər, BMT qurumları, siyasət ekspertləri, yerli və regional hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti tərəfindən birgə hazırlanıb. Nəticədə hüquqa, ləyaqətə və inklüzivliyə əsaslanan, təhlükəsiz, davamlı və dayanıqlı şəhərlər və yaşayış məntəqələri ilə bağlı ortaq baxış formalaşıb", - deyə o vurğulayıb.
Q.B. Rayderin sözlərinə görə, hazırda dünyada hər dörd nəfərdən biri qeyri-rəsmi yaşayış məntəqələrində və ya gecəqondularda yaşayır.
O qeyd edib ki, Yeni Şəhər Gündəliyi məhz bu çağırışlara cavab olaraq qəbul olunub:
"İndiyədək əldə olunan irəliləyişi qiymətləndirməli və bu ortaq baxışın həyata keçirilməsi üçün siyasi iradəni yeniləməliyik. İki il əvvəl qəbul edilən Gələcək Paktı da bu ehtiyaca yenilənmiş öhdəliklə cavab verdi. Sənədin 6-cı fəaliyyəti çərçivəsində üzv dövlətlər hər kəs üçün adekvat, təhlükəsiz və əlçatan mənzilə çıxışın təmin olunmasını, həmçinin inkişaf etməkdə olan ölkələrə dayanıqlı və davamlı şəhərlərin planlaşdırılması və həyata keçirilməsində dəstək göstərilməsini öhdələrinə götürüblər".
Baş katibin müavini əlavə edib ki, bu öhdəliklərin yerinə yetirilməsi üçün daha güclü tərəfdaşlıqların qurulması, effektiv çoxsəviyyəli idarəetmənin təşviqi, inkişafın maliyyələşdirilməsinə çıxışın genişləndirilməsi, eləcə də məlumat, texnologiya, infrastruktur və potensialın gücləndirilməsinə investisiyaların artırılması vacibdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 462 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
00:11 152 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 113 TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 19 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 182 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14.11.2026 297 Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə
14.11.2026 202 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
14.11.2026 183 Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
14.11.2026 239 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
14.11.2026 201