CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
ABŞ Prezidentin Administrasiyasında İrana münasibətdə gələcək addımlarla bağlı ciddi fikir ayrılıqları mövcuddur.
"Report" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, məmurların bir qismi, o cümlədən Pentaqon nümayəndələri daha aqressiv yanaşmanın tərəfdarıdırlar.
Digərləri isə əksinə, diplomatik kursun davam etdirilməsində israrlıdırlar.
Telekanalın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp son həftələrdə birbaşa danışıqların və iqtisadi təzyiqin vəhdətinin İranı razılaşmaya sövq edəcəyinə ümid edərək məhz diplomatik varianta meyllənib. Lakin apreldə atəşkəs elan olunandan bəri Tehran öz mövqeyini demək olar ki, dəyişməyib.
Mənbələr bildiriblər ki, İranın öz sərt mövqeyini yumşaltmaq istəməməsi səbəbindən Tramp getdikcə səbirsizləşir. Neft və qaz qiymətlərinin kəskin şəkildə artmasına səbəb olan Hörmüz boğazının bağlı qalması, eləcə də İran rəhbərliyi daxilində danışıqları çətinləşdirən fikir ayrılıqları onu xüsusilə qıcıqlandırır.
"Aralıq seçkilərin yaxınlaşması fonunda Donald Trampın ətrafında münaqişədən mümkün qədər tez çıxış yolu tapmaqla bağlı narahatlıq artır. Amerikalıların qiymət artımı ilə bağlı təzyiq hiss etməsi səbəbindən müharibə prezidentin reytinqlərinə mənfi təsir göstərib", - telekanal qeyd edib.
CNN həmçinin vurğulayıb ki, ABŞ-nin iri biznes nümayəndələri də Yaxın Şərqdəki münaqişənin tezliklə nizamlanmasını tələb edərək Ağ Evə fəal şəkildə təzyiq göstərirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 460 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMelaniyadan əri ilə bağlı etiraf: "O, bəzən məni eşitmək istəmir"
ABŞ-nin birinci xanımı Melaniya Tramp həyat yoldaşı, ABŞ Prezidenti Donald Trampın onun fikirlərini hər zaman eşitməyə hazır olmadığını, buna baxmayaraq öz düşüncələrini ona həmişə açıq şəkildə söylədiyini bildirib. xəbər verir ki, 56 yaşlı Melaniya "Fox & Friends" proqramının qonağı olub
24.09.2026 244 Mbappe "Qızıl top"u pulla almaq niyyətindədir - İDDİA
Fransa millisinin keçmiş oyunçusu Jerom Roten bildirib ki, Kilian Mbappenin "Qızıl top" mükafatını qazanacağı təqdirdə onun nüfuzuna xələl gələcək. -ın xarici mediaya istinadən məlumatına görə, Jerom Roten Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappenin "Qızıl top"
24.09.2026 236 Bakıda kişi sükan arxasında öldü
Bakıda kişi sükan arxasında ölüb. xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini 68 yaşlı Zahab İrez oğlu Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobildə qəfil ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir. Araşdırma aparılı
24.09.2026 312 Qızıl bahalaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 5,6 dollar artaraq 4 324 dollar təşkil edib. Bizim.Media xəbər verir ki, gümüş isə 0,35 dollar azalaraq 64,62 dollara bərabər olub
24.09.2026 175 Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?
Dublin Universitet Kollecinin (UCD) kampusundakı binanın daxilində əsrlər əvvəl dağıldığı düşünülən orta əsr qalası aşkarlanıb. Norman qalasının Roebuckdakı divarlarının müasir binanın suvağının altında bu günə qədər qorunduğu müəyyənləşdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Historia"
24.09.2026 224 Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
10:14 251 Qazaxıstan və Hindistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir
Qazaxıstan və Hindistan yaxın gələcəkdə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara, perspektivdə isə 3 milyard dollara çatdırmağı planlaşdırır. "Report"un Qazaxıstan bürosunun "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın Qazaxıstandakı səfiri Saylas Tanqa
24.09.2026 213 Bayramov Nyu-Yordka Mirzoyanla görüşdü: Nələr müzakirə edildi? (FOTO)
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində sentyabrın 24-də Nyu-Yorkda görüş keçirib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki
10:16 110 Netanyahu BMT-də: İsrailin səsi dünyaya bir daha çatdı
Bəzən siyasi tribunada deyilən sözlər sadəcə söz olaraq qalmır. Bəzən bir çıxış bütöv bir dövlətin iradəsini, gücünü və öz yolundan dönməmək əzmini nümayiş etdirir. Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı da məhz belə məqamlarla yadda qaldı. Qardaş İsrail dövləti bu gün öz təhlükəsizliyini
10:19 189