Şamil Ayrım: Türk dövlətləri arasında həmrəylik gündən-günə daha da güclənir
Türk dövlətləri arasında həmrəylik gündən-günə daha da güclənir.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım deyib.
Onun sözlərinə görə, hazırda enerji təhlükəsizliyi və təminatı bölgə üçün mühüm əhəmiyyət kəsb edir, bu baxımdan Azərbaycanın üzərinə düşən rol çox böyükdür.
Millət vəkili həmçinin bildirib ki, Türkiyə və Azərbaycanın artıq "bir millət, iki dövlət" anlayışından da irəli gələrək böyük bir ailəyə çevrilib:
"Cənubi Qafqazda artıq davamlı sülhün yaxınlaşdığı müşahidə olunur. Hər iki ölkə bölgədə qalıcı sülh üçün mühüm səylərini əsirgəmir. Bu gün dünya və bölgəmiz olduqca mürəkkəb bir dövrdən keçir. Bir tərəfdə İran-İsrail gərginliyi, digər tərəfdən Rusiya-Ukrayna müharibəsi davam edir. Bütün bu hadisələr fonunda bölgədə ön plana çıxan iki mühüm lider var: Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev. Hər iki lider öz xalqlarının gələcəyi, bölgənin sabitliyi və rifahı üçün mühüm işlər görür. Biz bütün bu səyləri dəstəkləyirik. İqtisadi çətinliklərə və dünyadakı müharibə şəraitinə baxmayaraq, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını istəyirik".
Ş.Ayrım eyni zamanda Azərbaycanın müstəqillik mübarizəsinə də toxunaraq bu yolun çox məşəqqətli keçdiyini də ifadə edib:
"Azərbaycan çox böyük çətinliklərdən keçdi. Biz də bunu hər zaman qəlbimizdə hiss etdik. Xüsusilə Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi hamımızda böyük coşqu yaratdı. Türkiyə və Azərbaycan xalqları arasındakı birlik, bərabərlik və qardaşlıq, həqiqətən də, dünyada bənzəri az olan bir bağdır. Türkiyədə heç bir xalqa Azərbaycana göstərilən sevgi qədər səmimi sevgi göstərilməyib. Bu qardaşlıq sayəsində Türk dövlətləri arasında həmrəylik gündən-günə daha da güclənir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 489 Tarix: 16 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 19 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 160 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 138 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
14.11.2026 313 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 155 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 106 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 193 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 331 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14.11.2026 345