Hantavirus illərlə spermada gizlənir - Cinsi yolla da keçir
İsveçrəli alimlər hantavirusunun kişi spermasında illərlə qala biləcəyini aşkar ediblər. Yeni araşdırmaya görə, virus yoluxmadan sonra, hətta altı ilə qədər kişi reproduktiv sistemində yaşaya bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanı İsveçrənin bioloji, kimyəvi və nüvə təhlükələri üzrə fəaliyyət göstərən dövlət laboratoriyası aparıb.
Alimlər Cənubi Amerikaya səyahət zamanı And hanta virusu ştamına yoluxmuş 55 yaşlı İsveçrə vətəndaşını araşdırıblar. Müayinələr zamanı virusun qan, sidik və tənəffüs yollarında artıq aşkarlanmadığı müəyyən edilib. Lakin sperma analizlərində virus izləri yoluxmadan 71 ay sonra da aşkar olunub.
Araşdırma müəllifləri bildirirlər ki, kişi xayaları bəzi təhlükəli viruslar üçün rezervuar rolunu oynaya bilər. Bunun səbəbi immun sisteminin spermatozoidlərə qarşı tam hücum etməməsidir. Məhz bu xüsusiyyət bəzi virusların reproduktiv sistemdə uzun müddət qalmasına şərait yaradır.
Mütəxəssislər qeyd edirlər ki, oxşar hallar daha əvvəl Ebola və Zika virusu ilə bağlı da müşahidə olunub. Xüsusilə 2021-ci ildə Qvineyada baş verən Ebola virusunun yayılmasının illər əvvəl xəstəliyi keçirmiş bir şəxslə əlaqəli olduğu bildirilmişdi.
Araşdırma müəllifləri vurğulayıblar ki, hantavirusunun cinsi yolla ötürülmə potensialı var, baxmayaraq ki, indiyədək belə yoluxma halları rəsmi şəkildə təsdiqlənməyib.
Nəticələrdən sonra qlobal sağlamlıq risklərini izləyən Airfinity şirkətinin analitikləri kişi pasiyentlər üçün xüsusi təhlükəsizlik qaydalarının hazırlanmasını təklif ediblər. Onların fikrincə, bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatının Ebola ilə bağlı tətbiq etdiyi protokollara bənzər yanaşma istifadə oluna bilər.
Hazırda mütəxəssislər belə xəstələrə müəyyən müddət ərzində qoruyucu vasitələrdən istifadə etməyi və ya cinsi əlaqədən çəkinməyi tövsiyə edirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 743 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14.11.2026 220 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 233 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
14.11.2026 198 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14.11.2026 282 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 194 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 196 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 160 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 106 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14.11.2026 275