Tolik: "Avroviziya"ya Alim Qasımovu göndərək"

Tolik: "Avroviziya"ya Alim Qasımovu göndərək"Azərbaycanın "Avroviziya 2026" macərası yarımfinal mərhələsində başa çatdı. Təmsilçimiz JİVA finala yüksələ bilmədi. Son illər yarışmada arzuolunan nəticələri əldə edə bilməyən Azərbaycan təmsilçisinin uğursuzluğu yenidən müzakirələri alovlandırıb.

Bəs bu dəfə problem mahnıda, səhnə şousunda, yoxsa müğənni seçimində idi?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan prodüser Tarix Əliyev (Tolik) bildirib ki, uğursuzluğun səbəblərindən biri İTV-nin "Avroviziya"ya əvvəlki illərə nisbətən daha az diqqət ayırmasıdır: pizza sifarişi

"Bu məsələyə sırf prodüser kimi qiymət verəcəyəm. Fikrimcə, bu uğursuzluq İctimai Televiziyanın "Avroviziya" yarışmasına əvvəlki qədər önəm verməməsi ilə bağlıdır. Bildiyiniz kimi, İTV məhz "Avroviziya" üçün yaradılıb və Azərbaycanda bu layihəni həyata keçirir. Onların bu məsələdə öhdəliyi var. Biz əvvəllər birincilik də, ikincilik də görmüşük, amma son 4 ildir ki, finala vəsiqə qazana bilmirik.

Bu, həm mahnıların zəifliyi, həm də səhnə performansları ilə bağlı ola bilər. İfaçılar güclü səslərə malik olsalar da, görünür, bu gün dövlət üçün daha vacib hesab olunan müxtəlif daxili və xarici siyasi məsələlər səbəbindən Avroviziyaya əvvəlki qədər resurs və diqqət ayrılmır. Nəticədə bu layihə bir qədər arxa planda qalır".

Prodüser hesab edir ki, ciddi hazırlıq olacağı təqdirdə nəticəni dəyişmək mümkün idi:

"Məncə, əgər dövlət bu yarışmaya ciddi önəm versəydi, hətta bu mahnı ilə belə birinci olmaq mümkün idi. Amma görünür ki, bu istiqamətdə prioritet fərqlidir.

Digər tərəfdən, Türkiyə də uzun illərdir Avroviziyada iştirak etmir və bu onlara da o qədər maraqlı deyil. Bu qədər vəsait xərcləməkdənsə, əgər finala belə vəsiqə qazana bilməyəcəyimizi düşünürüksə, alternativ yanaşmalar da mümkündür. Məsələn, Xalq artisti Alim Qasımov kimi sənətkarı, yanında da Əməkdar artist Sevda Ələkbərzadəni göndərib Azərbaycan muğamını Avropaya tanıtmaq olar.

Muğam artıq dünyada tanınır və bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri, Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi rol oynayıb. Bu baxımdan, belə bir təqdimat daha məqsədəuyğun və daha dəyərli olardı. Çünki biz qalib ölkənin vətəndaşlarıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

14.11.2026 220
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 233
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

14.11.2026 198
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

14.11.2026 282
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

14.11.2026 194
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 196
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 160
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 106
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14.11.2026 275
.