Sabahdan bu zolaqlara girsəniz - Cərimə olunacaqsınız
Paytaxtda təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları mayın 15-dən qüvvəyə minir.
BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Şəhərsalma Forumu - WUF13-ün nəqliyyat təminatı çərçivəsində paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilib.
"Həmin yerlərdə bunu bildirən 5.9 - "ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" xüsusi yol nişanlarının quraşdırılmasına başlanılıb və mayın 15-dən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.
Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti - Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.
Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.
Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcək", - məlumatda qeyd edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 712 Tarix: 14 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSƏHV KARTA pul göndərdiniz? - Pulu qaytarmağın qanuni yolu
Mobil bankçılıq gündəlik ödənişləri bir neçə saniyəyə həll edir. Lakin telefon nömrəsinin səhv seçilməsi, kart rəqəmlərindən birinin yanlış yazılması və ya adları oxşar olan şəxslərin qarışdırılması pulun tamam başqa adama göndərilməsi ilə nəticələnə bilər. Belə anda insanların ilk reaksiyası banka zən
24.09.2026 294 Qazaxıstan və Hindistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir
Qazaxıstan və Hindistan yaxın gələcəkdə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara, perspektivdə isə 3 milyard dollara çatdırmağı planlaşdırır. "Report"un Qazaxıstan bürosunun "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın Qazaxıstandakı səfiri Saylas Tanqa
24.09.2026 213 Benyamin Netanyahunun BMT-dəki çıxışı: Qüdsün siqnalları və beynəlxalq аrеnada obyektiv qavrayış qıtlığı
"İsrailin Baş naziri Benyamin Netanyahunun Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı müasir beynəlxalq diplomatiyanın əsas problemini - Yaxın Şərqdəki real təhlükəsizlik vəziyyəti ilə bir sıra xarici dövlətlərin bu proseslərə səthi yanaşması arasında dərinləşən fərqi bir daha üzə çıxardı"
12:12 169 Məktəblərin maliyyələşməsində YENİ DÖVR: Prezidentdən mühüm FƏRMAN - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Dövlət məktəblərinin maliyyələşdirilməsində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmanla 2026-2027-ci tədris ilindən etibarən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinin mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyat
11:04 176 Mbappe "Qızıl top"u pulla almaq niyyətindədir - İDDİA
Fransa millisinin keçmiş oyunçusu Jerom Roten bildirib ki, Kilian Mbappenin "Qızıl top" mükafatını qazanacağı təqdirdə onun nüfuzuna xələl gələcək. -ın xarici mediaya istinadən məlumatına görə, Jerom Roten Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappenin "Qızıl top"
24.09.2026 236 İlham Əliyev Forum iştirakçılarına müraciət etdi - Yenilənib
Prezident İlham Əliyev bu gün Bakıda öz işinə başlayan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazirin müavini Samir Şərifov səsləndirib. *. Prezident İlham Əliyevin Forum iştirakçıların
12:22 232 Gürcüstan ATƏT-ə sədr olmaq istəyir
Gürcüstan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədrliyinə namizədliyini irəli sürüb və bütün iştirakçı ölkələrlə əməkdaşlığa hazır olduğunu açıqlayıb. xəbər verir ki, Sputnik Georgia-nın məlumatına görə, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvil
11:58 102 Qan qrupu erkən ölüm riskindən xəbər verə bilər: Kim daha şanslıdır?
Qan qrupu infarkt, insult və bəzi xərçəng növləri də daxil olmaqla təhlükəli xəstəliklərin yaranma riski ilə əlaqəli ola bilər. Lakin ABO sistemindəki dörd qan qrupundan birinin sağlamlıq baxımından müəyyən üstünlükləri ola bilər. xarici mediaya istinadən xəbər verir ki, I (O) qan qrupu olan insanlard
24.09.2026 279 Netanyahu BMT-də: İsrailin səsi dünyaya bir daha çatdı
Bəzən siyasi tribunada deyilən sözlər sadəcə söz olaraq qalmır. Bəzən bir çıxış bütöv bir dövlətin iradəsini, gücünü və öz yolundan dönməmək əzmini nümayiş etdirir. Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı da məhz belə məqamlarla yadda qaldı. Qardaş İsrail dövləti bu gün öz təhlükəsizliyini
10:19 193