Yeni Klinika ilə bağlı ŞOK: İşçilərin maaşını banka qoyub, faiz götürürlər?

Yeni Klinika ilə bağlı ŞOK: İşçilərin maaşını banka qoyub, faiz götürürlər?Xəbər verdiyimiz kimi, "Yeni Klinika"da çalışan bir qrup tibb işçisi əmək haqlarının ödənilməsində yaranmış ciddi gecikmələr barədə müraciət edib.

Tibb heyətinin NOCOMMENT.az redaksiyasına verdiyi məlumata görə, klinikada çalışan həkimlərin və digər personalın maaşlarının ödənilməsi artıq 14 gündür ki, heç bir rəsmi izahat verilmədən gecikdirilir. Bu vəziyyət gündəlik fəaliyyətini yüksək risk altında davam etdirən tibb işçilərinin sosial rifahına mənfi təsir göstərməklə yanaşı, kollektiv daxilində ciddi narazılığa və suallara yol açıb. Redaksiyamıza daxil olan müraciətdə bildirilir ki, maliyyə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi işçilərin bank öhdəlikləri və digər zəruri xərcləri qarşısında onları çətin vəziyyətdə qoyub.

Məsələnin ən düşündürücü tərəfi isə bu böyüklükdə səhiyyə müəssisəsinin aylıq əməkhaqqı fondunun taleyi ilə bağlıdır. İddia olunur ki, işçilərin əməkhaqqı və bonuslarının bilərəkdən gecikdirilməsi maliyyə manipulyasiyası məqsədi daşıya bilər. Belə ki, minlərlə işçisi olan və aylıq maaş fondu yüz minlərlə manatla ölçülən bir qurumun vəsaitlərinin bank hesablarında cəmi 14 gün belə saxlanılması, həmin vəsait üzərindən ciddi faiz gəlirlərinin əldə edilməsinə şərait yaradır. TƏBİB və klinika rəhbərliyi tərəfindən heç bir rəsmi izahatın verilməməsi isə "bu vəsaitlər hansı bankda və kimlərin marağı üçün dövriyyədə saxlanılır?" sualını aktuallaşdırır. Əməkhaqqı büdcəsi böyük olan müəssisələrdə yarım aylıq gecikmə zamanı yaranan "faiz qazancı" işçilərin haqqı olduğu halda, bu məbləğin hansısa şəxsi və ya qeyri-rəsmi korporativ maraqlara xidmət etməsi ehtimalı ciddi narahatlıq doğurur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas və bank eksperti Əkrəm Həsənov qeyd edib ki, əməkhaqqının əsassız yerə gecikdirilməsi həm Əmək Məcəlləsinin, həm də maliyyə intizamının kobud şəkildə pozulmasıdır: "İri dövlət müəssisələrində və publik hüquqi şəxslərdə vəsaitlər xəzinədarlıqdan və ya müvafiq büdcədən ayrıldıqdan sonra onların bir neçə həftə ərzində işçilərin kartlarına köçürülməməsi ciddi suallar doğurur. Əgər bir müəssisənin aylıq fondu yüz minlərlə manat təşkil edirsə, bu vəsaitin bank hesablarında 'gecəlik' (overnight) və ya qısamüddətli depozit şəklində saxlanılması kifayət qədər böyük faiz gəlirləri deməkdir. Bu, faktiki olaraq tibb işçilərinin haqqı olan pulun üzərindən qanunsuz yollarla gəlir əldə etmək cəhdidir və maliyyə cinayəti elementlərini ehtiva edə bilər".

Onun sözlərinə görə, bu cür hallar adətən idarəetmədə şəffaflığın olmadığı qurumlarda baş verir: "Qanunvericilik birmənalı şəkildə müəyyən edir ki, əməkhaqqı ödənilmədiyi hər bir gün üçün işəgötürən işçiyə orta aylıq əməkhaqqının müəyyən faizi qədər kompensasiya ödəməlidir. Lakin reallıqda biz bunun əksini görürük; rəhbərlik vəsaiti banklarda dövriyyəyə buraxaraq qeyri-rəsmi qazanc əldə edir, həkimlər isə kartlarındakı kredit borclarının faizləri altında boğulurlar. TƏBİB-in və müvafiq nəzarət qurumlarının bu məsələdə susması isə məsuliyyəti birbaşa rəhbərliyin üzərinə qoyur. Tibb işçisi 14 gün pulsuz fəaliyyət göstərirsə, bu həm də həmin şəxslərin iş motivasiyasını və xidmət keyfiyyətini aşağı salan fundamental bir problemdir. Bu vəsaitlərin hansı banklarda, hansı şərtlərlə və kimlərin təlimatı ilə gözlədildiyi mütləq şəkildə hüquqi müstəvidə araşdırılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 875   Tarix: 14 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

14.11.2026 220
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 233
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

14.11.2026 198
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

14.11.2026 282
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

14.11.2026 194
.

Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video

Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız

14.11.2026 196
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 160
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

00:40 106
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14.11.2026 275
.