Rusiya ilə əməkdaşlıq edən Azərbaycan bankları risk altındadır?
"Bu sanksiyalar maliyyə məsələlərindən daha çox siyasi motivlərlə edilir. Məqsəd Rusiya və dolayı yolla Rusiya ilə əməkdaşlıq edən şirkətlərə problem yaratmaqdır".
Bu sözləri "Yeni Sabah"a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. O bildirib ki, "Yelo Bank"a qoyulan sanksiya Rusiya ilə əməkdaşlıqla bağlıdır:
"Aydın məsələdir ki, Rusiyanın bank sistemi ilə əksər ölkələrin qurumları əməkdaşlıq edir. Azərbaycanda fəaliyyət göstərən bankların da demək olar ki, hamısı Rusiyaya pul göndərilməsi və pul qəbulu əməliyyatlarını icra edir. Bu baxımdan, mən hesab etmirəm ki, "Yelo Bank"a qoyulan sanksiya Rusiya ilə əməkdaşlıqla bağlıdır. 2022-ci ildə Rusiya Ukraynaya hücum edən kimi "VTB Bank" sanksiya altına düşdü. Məlum olduğu kimi, bu bank Rusiyanın dövlət bankıdır və Azərbaycanda da fəaliyyət göstərir. Ona görə də, "VTB Bank" Avropa İttifaqı tərəfindən dərhal sanksiya siyahısına daxil edildi. Artıq 4 ildən çoxdur ki, həmin bank sanksiya altındadır". pizza hut
İqtisadçı hüquqşünas əlavə edib ki, digər banklarla bağlı sanksiya təhlükəsi yoxdur:
"Amma Rusiyanın Azərbaycandakı digər bankı olan "Yelo Bank"a qarşı hər hansı sanksiya olmadı. Çünki özəl bank idi və birbaşa Rusiya dövlətinə bağlı deyildi. "Yelo Bank"a qarşı sanksiya məhz indi başladı. Əgər "Yelo Bank" Rusiya ilə əməkdaşlığa görə cəzalandırılırsa, Azərbaycanın demək olar ki, bütün bankları Rusiya bankları ilə əməkdaşlıq edir. Bu məntiqlə, onların hamısına Avropa İttifaqı tərəfindən sanksiya tətbiq edilməlidir. Mən düşünmürəm ki, banklarımıza qarşı belə bir addım atılsın".
Qeyd edək ki, 2026-cı ilin aprel ayında Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalar paketi çərçivəsində "Yelo Bank"a məhdudiyyətlər tətbiq edilib. Sanksiyalar əsasən bankın Rusiya maliyyə mesajlaşma sistemi (SPFS) ilə əlaqəsi və texniki səbəblərlə bağlıdır. Bank bunu "anlaşılmazlıq" adlandıraraq aradan qaldırılması üçün rəsmi prosedurlara başladığını bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 637 Tarix: 14 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
14.11.2026 220 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 233 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
14.11.2026 198 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14.11.2026 282 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 194 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 196 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 160 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 106 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14.11.2026 275