Böyük güclər arasında yeni mərhələ: açıq yox, dolayı qarşıdurma

Böyük güclər arasında yeni mərhələ: açıq yox, dolayı qarşıdurmaABŞ ilə İran arasında danışıqların yarımçıq qaldığı bir vaxtda Amerika mediasında diqqətçəkən iddialar yayılıb. Məlumatlara görə, Rusiyanın münaqişəyə dolayı şəkildə qoşula biləcəyi ehtimal olunur.

İddialara əsasən, Moskva Tehrana ABŞ-ın hərbi gəmilərinin və şəxsi heyətinin yerləşdiyi mövqeləri əks etdirən peyk görüntüləri də daxil olmaqla kəşfiyyat məlumatları təqdim edib. Bundan əlavə, Rusiyanın İrana inkişaf etmiş pilotsuz uçuş aparatları göndərməyə hazırlaşdığı da bildirilir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Rusiyanın İrana hərbi texnologiya və ya pilotsuz uçuş aparatları verməsi ilə bağlı iddialar yeni deyil. Son illərdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq qarşılıqlı xarakter daşıyır. Belə ki, İran da Ukrayna müharibəsi fonunda Rusiyaya müəyyən dəstək göstərib. Məsələ daha çox bu yardımların miqyası və açıq şəkildə həyata keçirilib-keçirilməməsidir:

"Rusiyanın İrana bu səviyyədə və açıq dəstək verməsi ehtimalı aşağıdır. Çünki bu, Moskva üçün əlavə risklər yarada bilər. ABŞ-la birbaşa toqquşma ehtimalının artması Rusiyanın hazırkı strateji maraqlarına uyğun hesab edilmir.

Eyni zamanda, Rusiyanın ABŞ hərbi mövqeləri ilə bağlı kəşfiyyat məlumatı ötürməsi belə, faktiki olaraq münaqişəyə dolayı qoşulma kimi qiymətləndirilə bilər. Bu isə beynəlxalq münasibətlərdə "proxy qarşıdurma" kimi tanınan modelə uyğun gəlir.

Bu baxımdan, "Rusiyanın müharibəyə qoşulması" ifadəsi reallığı tam əks etdirmir. Daha doğru yanaşma bunu böyük güclər arasında gərginliyin yeni mərhələyə keçməsi, yəni açıq deyil, dolayı qarşıdurmanın dərinləşməsi kimi qiymətləndirməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 693   Tarix: 29 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təyyarələrdə niyə soyuq olur? -Ekspertlər izah edir

Siz qalın geyinirsiniz, stüardessalar yüngül köynəklərdə gəzir, kondisioner isə dişlərinizi bir-birinə dəyəcək şəkildə üfürür. Əsəbləşirsiniz? Əbəs yerə. Bu soyuqluq aviaşirkətlərin kaprizi və ya qənaət etmək istəyi deyil. xarici mediaya istinadən bunun tibbi protokol olduğunu və 10 min metr hündürlükd

20:45 1
.

Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi

Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib. BİG.AZ Unikal-a istinadən xəbər verir ki, güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb

10:10 157
.

Afaq bu dəfə Yunanıstana getdi - Fotolar

Aparıcı Afaq Gəncəli yay tətilinə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Yunanıstanı seçib. Afaq Mikonos adasında istirahət edir. O, gəzinti zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Aparıcı paylaşımına "Geyimi dəyərli edən onun sahib olduğu rəngdir" sözlərin

14:10 243
.

Cavid Gülün qızı xəstəxanalıq oldu - Foto

Aparıcı Cavid Gülün qızı Sofiya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, bu haqda aparıcının xanımı Nərgiz məlumat yayıb. O bildirib ki, övladlarını yüksək temperaturla xəstəxanaya aparıblar:. "40 dərəcə qızdırma ilə özümüzü xəstəxanaya çatdırdıq. Həyatımda yaşamadığım qorxunu, həyəcanı yaşadım

10:54 257
.

"Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?

Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma

19:45 1
.

Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olundu

Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirili

11:45 165
.

İranda Xəzər dəniz iləbağlı kampaniya başlayıb

"Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın ratifikasiya məsələsinin gündəmə gəlməsindən sonra İranda bəzi dairələr hərəkətə keçib. Həmin dairələr sənədin ratifikasiya olunmasının ölkənin maraqları əleyhinə olması barədə açıqlamalarla çıxış etməyə başlayıblar. Maraqlıdır ki, onlar

18:45 88
.

Trampdan diqqətçəkən açıqlama: ABŞ qırıcıları Ukraynaya verilə bilər

Avropa İttifaqı ABŞ-dan aldığı qırıcı təyyarələri Ukraynaya verə bilər. xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu ehtimalı televiziya aparıcısı Allin Rutla YouTube-da yayımlanan müsahibəsində səsləndirib. "Biz sursat satırıq, Avropa İttifaqına qırıcı təyyarələr satırıq və onlar istədiklərin

12:06 167
.

Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər

11:43 175
.

TOP MP3