İranın ABŞ-a yeni təklifi: Gərginlikdə diplomatik dönüş mümkündürmü? - POLİTOLOQDAN AÇIQLAMA

İranın ABŞ-a yeni təklifi: Gərginlikdə diplomatik dönüş mümkündürmü? - POLİTOLOQDAN AÇIQLAMAİran və ABŞ arasında uzun müddətdir davam edən gərginlik fonunda diplomatik kanallarda yeni hərəkətlilik müşahidə olunur. Son məlumatlara görə, Tehran tərəfi Vaşinqtona münasibətlərin yumşaldılması və müəyyən məsələlər üzrə razılaşma əldə edilməsi məqsədilə yeni təkliflər paketi təqdim edib.

Bu təşəbbüslərin hansı istiqamətləri əhatə etdiyi və tərəflər arasında dialoqun hansı mərhələyə keçə biləcəyi beynəlxalq siyasi dairələrdə diqqətlə izlənilir. Mövcud vəziyyət Yaxın Şərqdə və qlobal siyasətdə gərginliyin azaldılması ilə bağlı ümidləri yenidən gündəmə gətirib.
İranın ABŞ-a yeni təklifi: Gərginlikdə diplomatik dönüş mümkündürmü? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, İranın ABŞ-a Pakistan vasitəsilə təkliflər təqdim etdiyi haqda yayılan məlumat təsdiq olunmasa da, reallığa yaxındır. Onun sözlərinə görə, Abbas Arakçının İslamabada səfərinin buna hesablandığı bəlli idi, Tramp da iki gün öncə "yeni təkliflər" aldıqlarını bildirmişdi: "Danışıqların qeyri-müəyyənliyi fonunda davam edən dəniz blokadası İran üçün perspektivləri çətinləşdirir. Mövcud vəziyyətdən çıxış yolu tapmaq və mümkün hərbi ssenarilərdən yayınmaq danışıqlarla bağlı müəyyənlik əldə etməkdən keçir.

Təklif üç konkret bənddən ibarətdir:

- ABŞ dəniz blokadasını aradan qaldırır;
- İran Hörmüz boğazını açır;
- Yalnız bundan sonra İranın nüvə proqramı ilə bağlı müzakirələr başlayır.

Danışıqların, elə müharibənin də əsas nüvəsini təşkil edən nüvə proqramı ilə bağlı bənd İran üçün iki taktiki gedişə hesablanıb:

1. ABŞ-ın mövqeyində loyallığa nail olmaq və danışıqlarda müəyyən inkişaf xətti yaratmaq;
2. Hörmüz boğazı ilə bağlı istəklərinin müəyyən hissəsini qəbul etdirmək.

Lakin buna qədər qət edilməli məsafə var: blokada və Hörmüz üzərində qarşılıqlı razılaşma əldə edilməlidir. Ki, bu, mümkün olacaqmı?

Dəniz blokadası ABŞ, "Hörmüz kartı" İran üçün əsas rıçaq olaraq qalır. Tərəflər çətin seçim qarşısındadırlar: ya qarşılıqlı güzəştə gedilməli, ya da "hansı tərəf sona qədər dözəcək" prinsipi ilə psixoloji və iqtisadi sınaqdan keçməlidir.

İkinci seçim hər iki tərəf üçün məqbul deyil, lakin birinci seçim - qarşılıqlı güzəştin mümkünlüyü də sual altındadır. Çünki Hörmüzün açılması məqsədilə dəniz blokadasına başlayan ABŞ boğazın müharibədən öncəki rejimdə işləməsini istəyir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 543   Tarix: 28 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcüstanın Baş naziri rusofobiya ilə bağlı xəbərdarlıq etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, xarici qüvvələr rusofobiyanı qızışdırmaqla Gürcüstana qarşı kampaniyalarının yeni mərhələsinə başlayıblar. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kobaxidze vurğulayıb ki, bunun mahiyyət etibarilə Gürcüstana, gürcü xalqına və onun suverenliyin

11:19 165
.

Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt

"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Ukrayna-Rusya, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr və yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların, artilleriyanı

15:27 193
.

İnstaqram 10 ildən sonra loqosunu buna görə dəyişdi

"Instagram" sosial şəbəkəsi tətbiqdə istifadə edilən yazılı loqotipini son 10 ildə ilk dəfə yeniləyib. xəbər verir ki, bu barədə "Instagram"ın rəhbəri Adam Mosseri məlumat yayıb. Onun sözlərinə görə, tətbiqin yuxarı hissəsində görünən "Instagram" yazısı 10 il ərzində dəyişməyib

19:15 138
.

Təyyarələrdə niyə soyuq olur? -Ekspertlər izah edir

Siz qalın geyinirsiniz, stüardessalar yüngül köynəklərdə gəzir, kondisioner isə dişlərinizi bir-birinə dəyəcək şəkildə üfürür. Əsəbləşirsiniz? Əbəs yerə. Bu soyuqluq aviaşirkətlərin kaprizi və ya qənaət etmək istəyi deyil. xarici mediaya istinadən bunun tibbi protokol olduğunu və 10 min metr hündürlükd

20:45 93
.

ABŞ-dan Ukrayna ilə bağlı diqqətçəkən hesabat

Ukraynada ciddi hərbi personal və texnika çatışmazlığı yaşanır. Bu vəziyyət ölkənin hərbi əməliyyatlar aparmaq qabiliyyətinə təsir göstərir. xəbər verir ki, bu barədə Pentaqonun Baş Müfəttişliyi, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən ABŞ Müdafiə Kəşfiyyat Agentliyini

11:46 176
.

İranla bağlı yeni təhdid: Brent neftinin qiyməti yüksəldi

14 avqust, cümə günü keçirilən ticarət əməliyyatları zamanı Şimal dənizi Brent markalı xam neftinin qiyməti ABŞ-ın İrana qarşı yeni təhdidləri fonunda yüksəlib. xəbər verir ki, bu barədə "Investing" agentliyi məlumat yayıb. Moskva vaxtı ilə saat 09:40 radələrində Brent markalı neftin qiymət

11:09 155
.

Paşinyan Ermənistan Dəmir Yolları ilə bağlı Rusiyaya güzəştdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi ilə bağlı Rusiyaya qarşı heç bir sərt qərar qəbul etməyəcəklərini bildirib. xəbər verir ki, bu barədə Armenpress-in Telegram kanalında yayılan məlumatda qeyd olunub. Paşinyanın sözlərinə görə, Yerevan məsələlər

11:43 179
.

Lavrov Putinin ABŞ-dan gələn təkliflərlə bağlı mövqeyini açıqladı

Rusiya Ukrayna ilə bağlı ABŞ-la danışıqlardan imtina etmir və Prezident Vladimir Putin yenidən Amerika nümayəndələrini qəbul etməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov stenoqramı -nun ixtiyarında olan VGTRK telekanalına müsahibəsində deyib. "Stiven Vitkof

12:14 196
.

"Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?

Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma

19:45 132
.

TOP MP3