Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır

Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadırCənubi Qafqazda yerləşən, zəngin enerji resurslarına və mühüm nəqliyyat dəhlizlərinə malik, eyni zamanda, geosiyasi kəsişmə nöqtəsində mövqe tutan Azərbaycan kimi dövlətlərin xarici siyasəti Avropada xüsusi maraq doğurur. Cənubi Qafqazda artan diplomatik fəallıq fonunda Azərbaycanın proseslərdə rolu getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son aylarda Litva, Latviya və Ukrayna rəhbələrinin ölkəmizə səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Bu proseslər beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.
Son dövrlərdə Azərbaycana müxtəlif dövlət və hökumət başçılarının intensiv səfərləri ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi səfəri də bu tendensiyanın məntiqi davamı kimi diqqət çəkir. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndiyini göstərən mühüm mesajdır.
Çexiya-Azərbaycan münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, ölkələrimiz arasında əməkdaşlıq artıq uzun illərə söykənir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.
İki ölkə arasında iqtisadi əlaqələrə nəzər salsaq görərik ki, keçən il 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi bu əlaqələrin dinamik inkişafını göstərir. Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir.
Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir.
Çex şirkətlərinin Azərbaycanda, o cümlədən bərpaolunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir.
İnvestisiya göstəriciləri də balanslı əməkdaşlığı əks etdirir: 1995-2025-ci illər ərzində qarşılıqlı investisiyalar təxminən eyni səviyyədə olub. Azərbaycanda fəaliyyət göstərən Çexiya kapitallı şirkətlərin müxtəlif sahələri əhatə etməsi iqtisadi əlaqələrin şaxələndiyini göstərir.
2022-ci ildən bəri Bakı və Praqa arasında birbaşa aviareyslərin bərpası iki ölkə arasında əlaqələri daha da asanlaşdırıb. Həftədə üç dəfə həyata keçirilən uçuşlar həm biznes, həm də turizm əlaqələrinin inkişafına təkan verir.
Aprelin 27-də Qəbələdə Prezident İlham Əliyevin Çexiyanın Baş naziri Andrey Babişlə görüşlərindən sonra ölkə başçısı mətbuata bəyanatında söyləyib ki, Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var. "Bu gün bir çox məsələlər ətrafında - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır", - deyə dövlətimizin başçısı əlavə edib.
Bildirilib ki, iki ölkə arasında əməkdaşlığın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır. Dövlətimizin başçısı deyib ki, Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.
Bu gün Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.
Hazırda Azərbaycan Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alır və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sahənin də çox genişmiqyaslı olacağına əminliyini bildirən dövlətimizin başçısı qeyd edib: "Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır".
Öz növbəsində Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatında bildirib ki, Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Bizim çox səmimi dostluq münasibətlərimiz var. O, Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olduğunu da vurğulayıb.
Çexiya Baş nazirinin Azərbaycana səfəri fonunda aydın olur ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur. Diplomatik fəallığın artması, yeni mərkəzlərin, xüsusilə Qəbələnin ön plana çıxması və iqtisadi əməkdaşlığın dərinləşməsi ölkəmizin beynəlxalq sistemdə rolunun gücləndiyini təsdiqləyir. Bu proseslər Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir. Eyni zamanda, enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 28 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

02.10.2026 267
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

02.10.2026 280
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 210
.

Onlar İdarə Heyətindən çıxarıldı

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. "Qafqazinfo" xəbər verir ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov, Rövşən Bayramov YAP İdarə Heyətinin üzvləri siyahısından çıxarılıb

02.10.2026 222
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 247
.

Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu

Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı

02.10.2026 224
.

İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı

"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"

02.10.2026 211
.

Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA

Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır

02.10.2026 207
.

Messi vida oyunu üçün Argentinaya yollandı

Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu

02.10.2026 215
.