Mingəçevir Dövlət Universiteti ilə "Rabitəbank" ASC arasında əməkdaşlıq memorandumu imzalanıb
2026-cı ilin 9 aprel tarixində Mingəçevir Dövlət Universiteti ilə "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun imzalanması ilə əlaqədar olaraq MDU-nun rektoru Anar Eminovnun rəhbərlik etdiyi nümayəndə heyəti "Rabitəbank" ASC-nin baş ofisində olub.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib, universitet-sənaye əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə rektor Anar Eminov və "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov arasında əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.
İmzalanmış Memorandum universitet ilə bank sektoru arasında əməkdaşlığın inkişaf etdirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyır.
Sənədə əsasən, əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edir:
• maliyyə savadlılığı, bankçılıq və rəqəmsal maliyyə sistemləri üzrə seminar və təlimlərin keçirilməsi;
• birgə sosial və innovativ layihələrin həyata keçirilməsi;
• informasiya texnologiyaları, kibertəhlükəsizlik və fintech sahələrində əməkdaşlıq, o cümlədən təlim, hackathon və yarışların təşkili;
• məzunların məşğulluğunun artırılması məqsədilə karyera günlərinin təşkili, işə qəbul prosesinə dəstək və peşəkar inkişaf üzrə konsultasiyaların keçirilməsi.
Görüş çərçivəsində həmçinin, MDU-da yeni yaradılan "Tədqiqat Mövzu Hovuzu Platforması"na bank və bankçılıq, eləcə də rəqəmsal həllər sahəsinə aid real mövzuların təqdim olunması, bu mövzular üzrə elmi rəhbərlərin təyin edilməsi, eləcə də müvafiq ixtisas fənləri üzrə tədris proqramlarının təkmilləşdirilməsi, praktik yönümlü modulların genişləndirilməsi və sənaye tələblərinə uyğun kurikulumların formalaşdırılması kimi məsələlər də müzakirə olunub.
Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsinə, onların peşəkar inkişafına və müasir əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşmasına mühüm töhfə verəcək.







BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 212 Tarix: 11 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin kimi axtarılırdı - Restoranda ölübmüş
İtkin kimi axtarışa verilmiş şəxsin öldüyü məlum olub. "Qafqazinfo" xəbər verir ki, aprelin 9-u saat 14 radələrində Xırdalan şəhər sakini 1984-cü il təvəllüdlü Samir Asif oğlu Həmzəyevin yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildiriblər. Qeyd edilib ki, 42 yaşlı kişi özünə məxsu
12:09 209 Uşağı qışqırmadan 15 dəqiqəyə məktəbə necə yola salmaq olar?
Məktəbli olan ailələrdə səhər saatları çox vaxt yarış startını xatırladır: səs-küy, tələskənlik və vaxtın çatmadığı hissi. Demək olar ki, hər valideyn ən azı bir dəfə uşağı öz-özünə hazır edən "sehrli düymə"nin olmasını arzulayıb. xarici mediaya istinadən xəbər verir ki, səhər xaosu qaçılma
10.04.2026 496 Prezident balaca Ayazın ailəsinə "Kamaz" hədiyyə etdi - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev martın 17-si Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüş zamanı balaca Ayazla da söhbət edib. Səmimi dialoq zamanı azyaşlı ölkə başçısından "Kamaz" markalı yük avtomobili istədiyini bildirib. -ın "Teleqraf"a istinadən məlumatın
10:55 370 Qızı haqqında danışmaq istəmədi
Müğənni Rüfət Axundov qızı haqda danışmaq istəməyib. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" verilişində yer alan sənətçi qızından danışmağı xoşlamadığını deyib. O bildirib ki, övladlarının müğənni olmasını da istəmir:. "Oğlumun 14 yaşı olacaq. Məhəmmədəlinin səsi var, amma istəməzdim oxusun
10.04.2026 513 Sabah intensiv yağış yağacaq - Xəbərdarlıq
Aprelin 11-i axşam və 12-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 13-dən 14-ü gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi
10.04.2026 538 Zavod çörəkləri niyə tez quruyur? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda zavod çörəklərinin son vaxtlar alındıqdan qısa müddət sonra, təxminən 2-3 saat ərzində quruması istehlakçılar tərəfindən müşahidə olunur. Əvvəllər daha uzun müddət yumşaqlığını saxlayan çörəklərin indi tez sərtləşməsi gündəlik alış-veriş zamanı diqqət çəkən məsələlərdən birinə çevrilib
10.04.2026 404 7 yaşlı qız kanalda boğuldu
Tərtər rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 15 radələrində Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşüb. O boğularaq vəfat edib. A.Mustafazadəni
12:52 182 İsrail ordusu Hizbullah terror təşkilatının İsrailin şimalındakı Karmiel şəhərinə atdığı raketləri ələ keçirib
Hizbullah terror təşkilatı bir müddət əvvəl şimaldakı Karmiel şəhərinə beş raket atıb. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hər beş təyyarə hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilib. Deyr əl-Əsəd yaxınlığındakı bir məktəbi
10.04.2026 297 ABŞ səfirləri Vitkoff və Kuşner İranla danışıqlar aparmaq üçün Pakistanın İslamabad şəhərinə gəliblər
ABŞ səfirləri Stiv Vitkoff və Cared Kuşner İranla danışıqlar aparmaq üçün Pakistanın İslamabad şəhərinə gəliblər. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, ABŞ rəsmilərini Pakistanın dövlət rəsmiləri qarşılayıblar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
10:32 220