Maliyyə çətinliyi zamanı kredit öhdəliklərinin yüngülləşdirilməsi yolları

Maliyyə çətinliyi zamanı kredit öhdəliklərinin yüngülləşdirilməsi yolları"Son dövrlərdə bank kreditlərini ödəməkdə çətinlik çəkən vətəndaşların sayı artdığı üçün "kreditin dondurulması" məsələsi aktuallaşıb. Qeyd etmək lazımdır ki, kreditin dondurulması hüquqi termin kimi birbaşa qanunvericilikdə ayrıca mexanizm şəklində nəzərdə tutulmasa da, praktikada bu proses kreditin restrukturizasiyası və ya ödəniş möhlətinin verilməsi formasında həyata keçirilir. Azərbaycanda da bu praktika geniş şəkildə müşahidə olunur".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

O, qeyd edib ki, borcalan üzrlü səbəblərdən - gəlirin azalması, iş yerinin itirilməsi, sağlamlıq problemləri və ya digər sosial-iqtisadi çətinliklərlə üzləşdikdə - kredit öhdəliklərinin müvəqqəti yüngülləşdirilməsi üçün banklara rəsmi müraciət edə bilər. Bu zaman bank kredit müqaviləsinin şərtlərinə və borcalanın maliyyə vəziyyətinə uyğun olaraq müəyyən müddətə əsas borcun ödənişini təxirə sala, aylıq ödənişi azalda və ya kredit müddətini uzada bilər:

"Vacib məqam ondan ibarətdir ki, kreditin dondurulması avtomatik hüquq deyil və qərar hər bir bank tərəfindən fərdi qaydada qəbul edilir. Banklar risklərin idarə olunması prinsiplərinə əsaslanaraq borcalanın real maliyyə vəziyyətini qiymətləndirir və uyğun qərar verir.

Borcalanlara tövsiyə olunur ki, maliyyə çətinliyi yaranan kimi ödənişləri gecikdirmək əvəzinə dərhal banka müraciət etsinlər. Vaxtında müraciət edilməsi həm kredit tarixçəsinin qorunmasına, həm də daha əlverişli restrukturizasiya şərtlərinin əldə olunmasına imkan verir.

Ümumilikdə, kreditlərin restrukturizasiyası mexanizmi həm vətəndaşların maliyyə yükünün azaldılması, həm də bank sektorunda problemli kreditlərin artmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Problemli kreditlərin sayının artması isə eyni zamanda bir siqnaldır ki, maliyyə idarəetməsində və ya kredit siyasətində müəyyən təkmilləşdirmələrə ehtiyac var".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 659   Tarix: 18 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 202
.

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d

03.10.2026 154
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 256
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 155
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

03.10.2026 332
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 183
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

00:17 208
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 237
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 178
.