Novruzda Sağlam Qidalanma: Bayram Süfrəsində Düzgün Seçimlər - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novruz bayramı süfrələri bolluğu və rəngarəngliyi ilə seçilir. Şirniyyatlar, yağlı yeməklər, müxtəlif xörəklər və ənənəvi təamlarla zəngin olan bu günlərdə düzgün qidalanma qaydalarına əməl etmək isə bir çox hallarda diqqətdən kənarda qalır. Halbuki, bayram sevincini sağlam şəkildə yaşamaq üçün qida seçiminə və qəbul olunan porsiyalara nəzarət etmək vacibdir.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açqlamasında bildirdi ki, bayram günlərində süfrələr bol və müxtəlif olur. Onun sözlərinə görə, bu isə həm həddindən artıq yeməyə, həm də həzm problemlərinə səbəb ola bilər: "Ona görə də qidalanmada balansı qorumaq vacibdir.
Ən önəmlisi miqdar nəzarətidir. Hər yeməkdən dadmaq olar, amma az miqdarda. Birdən-birə çox yemək həm mədə-bağırsaq sistemini yükləyir, həm də halsızlıq yaradır. Xüsusilə yağlı, qızardılmış və şirniyyatların miqdarını məhdudlaşdırmaq lazımdır.
Yeməklər arasında fasilə vermək də vacibdir. Süfrə arxasında saatlarla fasiləsiz yemək əvəzinə, müəyyən aralıqlarla qidalanmaq həzmi asanlaşdırır. Gün ərzində kifayət qədər su içmək də unudulmamalıdır - bu həm həzmi yaxşılaşdırır, həm də artıq yeməyin qarşısını alır.
Şirniyyatlara gəldikdə isə tam imtina etmək şərt deyil, amma ölçünü gözləmək lazımdır. Mümkündürsə, şirniyyatı əsas yeməkdən dərhal sonra yox, bir qədər fasilə ilə qəbul etmək daha məqsədəuyğundur.
Həmçinin, fiziki aktivlik də vacibdir. Bayram günlərində qısa gəzintilər etmək həm kalori balansını qorumağa, həm də ümumi sağlamlığa müsbət təsir edir.
Bayramda əsas prinsip "çox yemək" deyil, "düzgün və balanslı yemək" olmalıdır. Bu halda həm bayramın dadını çıxarmaq, həm də sağlamlığı qorumaq mümkündür.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 543 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial şəbəkə hesablarında ümummilli liderin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb. BİG.AZ paylaşımı təqdim edir:
00:29 89 Bir sıra Aİ ölkəsi hantavirusun yayıldığı kruiz gəmisindəki sərnişinlər üçün təyyarə göndərəcək
Almaniya, Fransa, Belçika, İrlandiya və Niderland İspaniyaya gedən və göyərtəsində hantavirus epidemiyasının baş verdiyi kruiz gəmisindən vətəndaşlarının təxliyəsi üçün təyyarə göndərdiklərini təsdiqləyiblər. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu İspaniyanı
09.05.2026 144 Florian Filippo Fransada Prezident seçkilərində iştirak etmək niyyətindədir
Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir. "Report" xəbər verir ki, o bu barədə "France 2" telekanalının efirində bəyan edib. "Mən prezident seçkilərində namizədə
09.05.2026 148 Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 8 %-dən çox artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 6,874 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur. Təkcə apreldə Türkiyə Azərbaycana 2,399 milyo
09.05.2026 127 İsrail Livanın cənubundakı bir sıra kəndlərin sakinlərini evlərini tərk etməyə çağırıb
İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah" qruplaşmasının obyektlərinə hava zərbələri fonunda Livanın cənubundakı doqquz kəndin sakinlərinin təxliyəsinə çağırıb. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb. "Hizbullah" təşkilatının atəşkə
09.05.2026 127 Azərbaycan Türkiyədən 4 ayda geyim idxalına 22 milyon dollara yaxın vəsait xərcləyib
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 21,612 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur. Təkcə apreldə Türkiyə Azərbaycana 6,103 milyon ABŞ dolları dəyərind
09.05.2026 156 Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar dah
00:17 108 Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayı üçün pensiyaların ödəniş tarixi açıqlanıb. Məlumata görə, qeyd olunan ərazilərdə pensiyalar bu ayın 14-də vətəndaşların bank kartlarına köçürüləcək. Pensiya əhalinin sosial təminatı ilə bağlı vacib addım olduğundan, dövlət sözügedən məsələyə olduqc
00:21 106 Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu prose
00:15 123