Yumurtalar süni ola bilərmi? Həqiqət və risklər
"Son dövrlərdə qidaların süni hazırlanması ilə bağlı videolar social şəbəkələrdə geniş paylaşılır. Əsasən Çində hazırlandığı iddia olunur. Bunlardan biri də süni yumurta mövzusundadır.
İnternetdə yayılan videolar adətən laboratoriya təcrübələri, oyuncaq istehsalı və ya bitki mənşəli yumurta əvəzedicilərinin nümayişi ola bilər. Yumurtadan istifadə edənlərin panikaya düşməsinə əsas yoxdur. Ölkəmizdə süni yumurta aşkarlanması ilə bağlı rəsmi şikayətlər qeydə alınmayıb və aidiyyəti qurumlar da heç bir neqativ hal barədə məlumat verməyib".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.
O, qeyd edib ki, bəzi videolar təşviş yarada bilər. Amma nəzərə almaq lazımdır ki, yumurtanın quruluşu saxlama şəraitindən asılı olaraq dəyişə bilər. Köhnə yumurtalar bişəndə ağ hissə bəzən rezin kimi görünə bilər. Bu isə saxtakarlıq əlaməti deyil:
"Süni yumurta istehsalının maya dəyəri çox yüksəkdir, bu isə iqtisadi baxımdan səmərəli deyil. Dünyada "Just Egg" kimi bitki mənşəli yumurta əvəzediciləri mövcuddur, amma bunlar süni məhsul deyil, xüsusi pəhriz məhsullarıdır və qiymətləri yüksəkdir.
Yumurtada əsas risk isə gigiyena və düzgün bişirməməkdən yaranır. Xüsusilə çiy və ya az bişmiş yumurtada qida zəhərlənməsi riski arta bilər. Bu səbəbdən diqqət təzəlik və gigiyenaya yönəlməlidir.
Qabığı qıranda pis qoxu varsa, bu ciddi xəbərdarlıqdır. Yumurtanı alarkən qablaşdırma, istehsal tarixi və saxlanma şəraitinə diqqət etmək vacibdir. Küçədən və mənşəyi məlum olmayan yerdən alınan yumurtalarda risk həmişə daha yüksək olur.
Təbii yumurtanın qabığı bir qədər nahamar və mat olmalıdır. Həddindən artıq parıldayan və hamar qabıqlar bəzən emal prosesindən xəbər verə bilər, amma bu süni olduğunu göstərmir. Təzə və təbii yumurta sındırıldıqda sarısı bütöv qalır və qabarıq görünür, ağ hissəsi isə iki təbəqədən ibarət olur.
Qabığında nəcis qalıqları varsa, yumurtanı bişirmədən dərhal əvvəl yumalamaq lazımdır. Yumurtaları əvvəlcədən yuyub soyuducuya qoymaq düzgün deyil, çünki qabıq məsamələri açılır və bakteriyaların içəri keçmə riski artır. Soyuducunun qapısında saxlamaq da məsləhət görülmür, çünki qapı açılıb bağlandıqca temperatur dəyişir. Çatlamış qabıqlı yumurtaları almaq olmaz, çünki mikroorqanizmlərin daxil olma ehtimalı yüksəkdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 765 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a
03.10.2026 202 Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
03.10.2026 154 Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
00:48 256 Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
03.10.2026 155 Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin
03.10.2026 332 Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb
Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind
03.10.2026 183 Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
00:17 208 Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
00:23 237 Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
00:09 178