KİV: Tramp Yaxın Şərqdəki müharibəni tezliklə başa çatdırmaq niyyətində deyil
"ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki silahlı münaqişəni tezliklə başa çatdırmaq niyyətində deyil. İrana qarşı əməliyyat hələ ən azı bir neçə həftə davam edə bilər".
Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "The Wall Street Journal" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ liderinin bəzi müşavirləri onu əməliyyatı başa çatdırmağa inandırmağa çalışır.
"Tramp İrana müttəfiq qüvvələrlə zərbələr endirməyə davam etmək niyyətindədir. Bu, prezidentin ABŞ Silahlı Qüvvələrinin qarşıya qoyulmuş vəzifələri demək olar ki, yerinə yetirməsinə dair rəsmi bəyanatlarına ziddir.
Pentaqon əməkdaşları hesab edir ki, döyüş əməliyyatları hələ ən azı bir neçə həftə davam edəcək. Hərbi əməliyyatın başlanması barədə qərar qəbul edərkən prezident ABŞ Silahlı Qüvvələrinin İran üzərində sürətli və qətiyyətli qələbə qazanmaq qabiliyyətinə əmin idi. Tramp 2025-ci ildə İranın nüvə obyektlərinə endirilən zərbələrdən, həmçinin Venesueladakı əməliyyatdan ilhamlanmışdı. Lakin İrana qarşı döyüş əməliyyatları ABŞ-yə həftəlik milyardlarla dollara başa gəlir. Proses uzunmüddətli və daha genişmiqyaslı regional münaqişəyə çevrilə bilər ki, bu da ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək", - deyə nəşri məlumatlandıran mənbə bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 593 Tarix: 14 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün paytaxtda keçirilən növbəti genişmiqyaslı daxili iməcilik zamanı Bakının 556 küçəsi yuyulub. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfində
15.08.2026 155 Bakıda iş rejimi ONLAYN OLA BİLƏR - Avqustun 15-dən...
Bakıda Yaşıl və Qırmızı metro xətlərinin ayrılması ilə bağlı aparılan işlər şəhərin mərkəzi hissəsində fəaliyyət göstərən şirkət və ofislərin iş rejiminə də təsir göstərə bilər. Referans Media xəbər verir ki, Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində müəyyən müddə
00:38 87 "Nizami" və "Cəfər Cabbarlı" stansiyaları arasında yeni şaxta qurulur
"Bakı Metropoliteni "yaşıl" xətt üzrə havalandırma sisteminin yaxşılaşdırılması məqsədilə daha bir şaxtanın inşasına başlayıb". Bunu -a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, şaxta "Nizami"
15.08.2026 123 Tramp Hörmüzü ABŞ ərazisi adlandırmaq istədi: BMT beynəlxalq hüququ xatırlatdı
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerika ərazisi elan edə biləcəyi barədə fikirlərindən sonra BMT bütün tərəfləri bu ərazidə beynəlxalq hüquqa və gəmiçilik azadlığına hörmət etməyə çağırıb. -ın məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi sözçüsü Stefan Düjarrik TASS-a açıqlamasınd
15.08.2026 133 Koreya yarımadasında sülh: Cənubi Koreya lideri KXDR-lə gərginliyi azaltmağın yollarından danışıb
Cənubi Koreya (Koreya Respublikası) lideri Li Çje Myon Koreya yarımadasının Yapon işğalından azad edilməsinin 81 illiyi ərəfəsində Şimali Koreya (KXDR) ilə sülh şəraitində birgə yaşamaq təklifini irəli sürüb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Dünyanın fərqli bölgələrindəki müharibələri
15.08.2026 143 Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK DAVAM EDƏCƏK
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı
15.08.2026 201 Hava niyə vaxtından tez soyudu? -Açıqlama
Avqust ayının əvvəli olsa da, hava vaxtından tez sərinləşib. Ümumilikdə isə bu il yay mövsümündə əvvəlki illərlə müqayisədə şiddətli istilərin daha az müşahidə edildiyi diqqət çəkir. Havaların belə keçməsi mövsüm üçün nə dərəcədə normaldır və qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?. Ekolo
00:19 108 Tərtər sakini yanaraq öldü
Tərtər rayonunda dəhşətli hadisə baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillə
15.08.2026 172 Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi: "Boşanıram, əl çəkin!"
Son beş ildə 60 yaş və daha yuxarı yaşda olan şəxslər arasında boşanmaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər bildirirlər ki, bu qərar bəzən yaşlılıqda yaranan problemdən deyil, 30-40 il əvvəl başlayıb illərlə təxirə salınan ailədaxili konfliktlərdən qaynaqlanır. mövzu ilə bağlı "Kaspi"
15.08.2026 140