Həftəsonu rayona getmək istəyən sürücülərin NƏZƏRİNƏ
"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir".
Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.
Qeyd edilib ki, istirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur:
"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır".
Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 517 Tarix: 14 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərişıq" ASC-nin əməkdaşını cərəyan vurub öldürdü
Ağcabədi rayonunda "Azərişıq" ASC-nin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə iyunun 28-də saat 18 radələrində baş verib. Rayonun Avşar kənd sakini, 2002-ci il təvəllüdlü Vəli Əli oğlu Süleymanov şəhər ərazisində naqilləri bərpa edərkən onu elektrik cərəyanı vurub
29.06.2026 230 Səyahət sığortası nədir?
"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə edilməsi zəruri olan xidmətlərdən biridir. Təəssüf ki, Azərbaycanda bu məhsula maraq hələ də kifayət qədər aşağı səviyyədədir". Bunu BİG.AZ-a açıqlamasında sığorta üzrə mütəxəssis Şahin İszmayılov bildirib. O qeyd edib ki, şenge
29.06.2026 197 Vinisius Junior nənəsi ilə bağlı xatirələrini bölüşərkən göz yaşlarını saxlaya bilmədi
"Real Madrid"in və Braziliya yığmasının hücumçusu Vinisius Junior nənəsinin ona ünvanladığı videomüraciəti izlədikdən sonra göz yaşlarına hakim ola bilməyib. Belə ki, nənəsi onun uşaqlıq illərini xatırlayaraq futbolçuya dünya çempionatının (DÇ-2026) qalan oyunlarında uğurlar arzulayıb. xəbə
29.06.2026 175 Bəşəriyyəti hantavirusun yeni dalğası gözləyir?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hantavirus infeksiyası ətrafında yaranmış durumun stabilləşdiyini elan edib. -ın məlumatına əsasən, Tedros Qebreyesus bu barədə "X" sosial şəbəkəsindəki şəxsi hesabında paylaşım edib. ÜST nümayəndəsi "hantavirusun yeni alovlanmasını gözləməyə dəyərmi?"
29.06.2026 189 Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər
"Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-2030-cu illəri əhatə edəcək yeni maliyyə sektorunun inkişaf strategiyası hazırlayır. Strategiyada rəqəmsallaşma və süni intellekt əsas prioritetlərdən olacaq". xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyala
29.06.2026 227 Sığorta müqaviləsi nədir?
"Sığorta-sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. Zərər Qanunda və ya sığorta müqaviləsində göstərilmiş hadisələr baş verdikdə sığorta haqqı hesabın
29.06.2026 192 Venesuela növbəti dəfə silkələndi
Venesuela sahilləri yaxınlığında 4,6 bal gücündə yeraltı təkan qeydə alınıb. xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbiət hadisəsinin episentri ölkənin 3 milyondan çox əhalisi olan paytaxt Karakas şəhərindən 42 kilometr şimal istiqamətində yerləşib. Zəlzələni
29.06.2026 127 FRANSA YANIR: İqlim böhranı qarşısında inkişaf etmiş ölkələr də aciz qala bilir
Xəbər verdiyimiz kimi, Avropanın bir sıra ölkələrini anomal istilər cənginə alıb. Fransada mindən çox insan qızmar istilərin qurbanı olub. Avropada özünü lider adlandıran Fransa bu fəlakətin qarşısında aciz qalıb. Ölkənin onlarla infrastruktura zərər dəyib, yollar əriyib, göllər buxarlanıb. Fransad
29.06.2026 197 Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ
Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb. Ümumi müddəalar. Qərara əsasən, bu Qaydalar məktəbəhazırlı
29.06.2026 163