Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı genişlənməkdədir

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı genişlənməkdədirAzərbaycan öz müstəqillik tarixinin ötən dövrü ərzində təmsil olduğu bütün beynəlxalq təşkilatlarla münasibətlərdə daim ləyaqətli, səmimi, təşəbbüskar mövqedən çıxış edərək öz dövlət maraqlarını qorumaqla yanaşı, həmin təşkilatların fəaliyyətinə töhfə də verməyə çalışıb və buna nail olub. BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü kimi, Qoşulmama Hərəkatının 2019-2023-cü illərdə sədri kimi ölkəmizin səmərəli fəaliyyəti deyilənlərə ən bariz nümunələr kimi qəbul oluna bilər. Lakin etiraf edək ki, bir sıra hallarda məhz bu təşkilatlarda təmsil olun bəzi maraq qrupları Azərbaycana qarşı ikili standartlar mövqeyindən çıxış etməklə qane olmayaraq, müxtəlif vaxtlarda total hücumlar da etmişlər və hazırda da bu prosesin dayandığını söyləmək mümkün deyildir.
Bütün bu deyilənləri ümumilikdə Azərbaycanın qurumun rəsmi üzvü olmasa da, kifayət qədər uzun və maraqlı əlaqələr tarixinə malik olduğumuz Avropa İttifaqına da şamil etmək olar. Lakin bu il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərini münasibətlərin tarixində bir müddət əvvəl başlanmış yeni mərhələyə sürət və impuls vermək üçün atılmış mühüm addım kimi qiymətləndirmək olar. Azərbaycan Prezidenti İlham Əliyev və Prezident Antonio Koşta arasında keçirilən danışıqlar, liderlərin birgə mətbuat bəyanatı və mətbuat qarşısında çıxışları qarşılıqlı münasibətlərin yaxın gələcəkdə daha da intensivləşəcəyini, xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha genişlənəcəyini gözləmək olar. Çünki Azərbaycan ilə Aİ arasındakı münasibətlər dövlət müstəqilliyimizn ilk illərindən bəri mərhələli şəkildə inkişaf edərək, artıq bu gün strateji enerji və nəqliyyat tərəfdaşlığı səviyyəsinə yüksəlib.
Qeyd edək ki, A.Koştanın Azərbaycana səfəri Aİ çərçivəsində ilk yüksək səviyyəli səfər deyil. Ölkəmizin təşkilatla diplomatik münasibətlərinin əsası 1993-cü ildə qoyulmuş və bütün çətinliklərə rəğmən qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir. 1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin etmiş, 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis olunmuş, 2003-cü ilin iyul ayında isə Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin etmişdir.
Azərbaycan üçün Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalır, Şərq Tərəfdaşlığı platforması isə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır. Azərbaycan Aİ ilə münasibətlərdə digər postsovet ölkələrindən (məsələn, Gürcüstan və ya Ukraynadan) fərqli olaraq "assosiasiya sazişi" imzalamaqda maraqlı olmayıb "bərabərhüquqlu və strateji tərəfdaşlıq" modelinə üstünlük verir. Rəsmi Bakı Aİ-yə üzv olmağı hədəfləməsə də, iqtisadi və texnoloji sahələrdə maksimum inteqrasiyada maraqlıdır. Hazırda Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır.
Son illərdə beynəlxalq, kontinental və regional müstəvidə baş verən ciddi hərbi-siyasi hadisələr Azərbaycan və Aİ arasındakı münasibətlərin hazırda strateji bir keçid dövrünə qədəm qoymasını şərtləndirmişdir. Bu baxımdan Aİ Şurasının Prezidenti Antonio Koştanın Bakı səfəri, görüşdəki mərkəzi mövzunun Azərbaycanın Avropanın enerji xəritəsindəki vazkeçilməz rolu ilə bağlı olsa da, bu əlaqələrin sadəcə enerji tərəfdaşlığı deyil, həm də geniş geosiyasi əhəmiyyət kəsb etdiyini bir daha sübut etdi. Lakin hər halda Prezident ilham Əliyevin sözləri ilə desək: "Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur". Təsadüfi deyil ki, hazırda 27 üzv-dövlətdən ibarət Aİ-nin 10 üzvü Azərbaycandan qaz alır. Ümumiyyətlə isə, ölkəmizin təbii qaz ixrac etdiyi ölkələrin sayının 16-ya çatdığını, Avropa bazarının qaz ixracımızın 50 faizini təşkil etdiyini və dünyada boru kəməri ilə qazı təchiz etmək imkanlarına görə Azərbaycanın birinci yerdə olduğunu nəzərə alsaq, bu faktlaq dövlətimizin bütövlükdə qlobal enerji təhlükəsizliyində oynadığı rolun artan xətlə inkişaf etdiyini göstərir.
Birgə mətbuat bəyanatında Azərbaycanın regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolun vurğulanması da bu perspektivdən xəbər verir. Təsadüfi deyil ki, Antonio Koşta CQD-nin genişləndirilməsi və ixrac həcminin artırılmasının (2027-ci ilə qədər 20 milyard kubmetr hədəfi) yenidən təsdiqlənməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində "etibarlı tərəfdaş" olduğunu növbəti dəfə etiraf etdi.
Aİ-nin dünya miqyasında rəqəmsal, enerji və nəqliyyat sektorlarında ağıllı, təmiz və təhlükəsiz bağlantıları gücləndirməyə, eyni zamanda səhiyyə, təhsil və tədqiqat sistemlərini möhkəmləndirməyə yönəlmiş qlobal investisiya strategiyası kimi 2021-ci ilin sonunda Avropa Komissiyası tərəfindən irəli sürülən "Qlobal Qapı" təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılması qurumun ölkəmizə böyük əhəmiyyət verdiyinin göstəricisidir. Xatırladaq ki, "Qlobal Qapı" çərçivəsində 2021-2027-ci illərdə dünya üzrə davamlı infrastruktur layihələrinə 300 milyard avroya qədər investisiya səfərbər edilməsi hədəflənir.
Ölkəmizin sürətlə "yaşıl enerji" mərhələsinə transformasiya etdiyi şəraitdə yaxın perspektivdə Azərbaycan qitənin enerji təhlükəsizliyindəki yerini daha da möhkəmləndirəcəyi şübhəsizdir. Bunu Prezident İlham Əliyevin mətbuata bəyanatı zamanı səsləndirdiyi fikirlər də sübut edir: "Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq". Başqa sözlə, Xəzər dənizindən Qara dəniz vasitəsilə Avropaya çəkiləcək "yaşıl enerji" kabeli layihəsi strateji prioritetdir və Azərbaycanın təkcə fosil yanacaq deyil, həm də bərpa olunan enerji ixracatçısı kimi Aİ üçün əhəmiyyətini artırır.
Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında danışaraq, ölkəmizin sülh gündəminə sadiqliyini bildirdi və regionun 35 illik fasilədən sonra cəmi 7 aydır ki, sülh şəraitində yaşadığını və bu qısa müddətdə artıq dinç yanaşı yaşamağın faydasının aydın hiss olunduğunu vurğuladı: "Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz".
Aİ Şurasının Prezidenti Antonio Koştanın Bakı səfəri göstərdi ki, bəzi siyasi differensiallara və bəzən Avropa Parlamentindən gələn qərəzli tənqidi bəyanatlara rəğmən, Aİ-nin icraedici orqanları (Şura və Komissiya) Azərbaycanı regionun ən stabil və strateji tərəfdaşı kimi görürlər. Aİ Azərbaycanı təkcə neft-qaz mənbəyi kimi deyil, həm də Cənubi Qafqazın əsas logistik mərkəzi və moderatoru kimi qəbul edir. Səfərin nəticələri göstərdi ki, Azərbaycan Avropa ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara və suverenliyə hörmət prinsiplərinə əsaslanan əməkdaşlıq qurmaq siyasətini davam etdirməkdə qətiyyətlidir.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 887   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

TOP MP3