Metrodan istifadə edənlərə şad xəbər - Dəyişikliklər olacaq
"Bakı Metropliteni" QSC-yə ötən il dövlət büdcəsindən ayrılmış vəsaitin 190,4 milyon manatı əsaslı tikintiyə, 54,4 milyon manatı isə istismar fəaliyyəti üzrə işlərin yerinə yetirilməsinə yönəldilib.
"Yeni Sabah" bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə əsasən, əsaslı tikinti üçün ayrılmış vəsait Bənövşəvi xəttin "8 Noyabr" (B-3)- "B-4" stansiyalararası mənzil tunellərinin, "B-4" stansiyasının tikinti layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinin davam etdirilməsinə, "B-4-B-8" stansiyalararası mənzil tunellərinin və "B-5", "B-6", "B-7", "B-8" stansiyalarının layihələndirilməsinə və tikintisinə yönəldilib. Bu vəsait o cümlədən "Xocasən" elektrik deposunun tikintisi layihəsi çərçivəsində memarlıq-tamamlama işlərinə, Yaşıl xəttin "Xətai-Y-20" (Yeni Günəşli) sahəsinin və "Dərnəgül" elektrik deposunun tikintisi layihəsi çərçivəsində layihələndirmə, obyektin saxlanma və mühafizə işlərinə, "28 May" stansiyasının yenidən qurulması (mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması) layihəsinin hazırlanmasına və tikintisinə, Qırmızı xəttin "İçərişəhər" stansiyasının arxasında dönmə qurğusunun layihələndirilməsi və tikintisinə sərf olunub.
Qırmızı xəttin "İçərişəhər" stansiyasının arxa hissəsində dönmə qurğusunun layihələndirilməsi və tikintisi üçün 1,2 milyon manat vəsait ayrılıb.
Hesabat dövründə əsas vəsaitlərin satınalınmasına 10 milyon manat vəsait yönəldilib və bu vəsaitin 9,9 milyon manatından istifadə edilib. Həmçinin "Həzi Aslanov" stansiyasının əsaslı təmirinin başa çatdırılması məqsədilə 20,8 milyon manat vəsait ayrılıb. İstismar fəaliyyəti üçün nəzərdə tutulmuş 54,4 milyon manat vəsaitin 20 milyon manatı DA-11 ("Xalqlar Dostluğu" stansiyası), D-1 ("28 May" vağzal), "Nəriman Nərimanov", "Ulduz", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyalarında görülən iri həcmli işlərə yönəldilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1118 Tarix: 13 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
11:30 135 Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard
00:13 190 Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu
14:00 116 İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
12:40 117 Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir
Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin
03.10.2026 169 Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
13:50 115 İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
14:40 106 Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
00:11 222 Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
03.10.2026 157