Quba kvadrasikl QƏZASI: ölən var

Quba kvadrasikl QƏZASI: ölən varQuba rayonunun Qımılqazma kəndi ərazisində kvadrasikllə törədilən qəza faciə ilə nəticələnib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, ilkin məlumata əsasən, Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrasikl daş hasara çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

İdarədən vurğulanıb ki, son dövrlər istirahət və turizm məkanlarında geniş istifadə edilən kvadrasiklların istismarı zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi narahatlıq doğurur. Belə ki, bu tip nəqliyyat vasitələrinin sürət həddi və yol şəraiti nəzərə alınmadan idarə olunması həyat və sağlamlıq üçün real təhlükə yaradır və bəzən də ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb olur.

Nəzərə alınmalıdır ki, kvadrasikl konstruktiv xüsusiyyətlərinə görə sabitliyi məhdud olan nəqliyyat vasitəsidir və onun məsuliyyətsiz şəkildə idarə olunması sürücü üçün yüksək risk yaradır. Eyni zamanda xatırladılır ki, kvadrasiklların ümumi istifadədə olan yollarda idarə edilməsi yalnız müvafiq sürücülük hüququ olan şəxslər tərəfindən həyata keçirilə bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, adətən çətin relyef şəraitində, dağlıq ərazilərdə istifadə olunan bu növ nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, sürət həddinin və yol şəraitinin nəzərə alınması, baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 704   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi olan səfər

Azərbaycan və Çexiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və son illərdə bu əlaqələr həm iqtisadi, həm də siyasi müstəvidə yeni bir mərhələyə qədəm qoyub. Münasibətlərdəki inkişafın ən mühüm göstəricilərindən biri Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycan

28.04.2026 244
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mülayi

28.04.2026 289
.

İtlər insan danışığını anlayırlarmı?

Hər bir it sahibi ən azı bir dəfə itin başını yana əyərək sanki insanın dediklərini anlamağa çalışdığı anı görüb. Bu hərəkət o qədər mənalı görünür ki, onun sadəcə təsadüf olduğunu düşünmək çətindir. xarici mediaya istinadən xəbər verir ki, koqnitiv zoologiya üzrə mütəxəssislər bildirirlər ki, itin başın

28.04.2026 219
.

Azərbaycanda ipoteka çıxılmazı: Yüksək şərtlər mənzil arzusunu çətinləşdirir - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda mənzil sahibi olmaq istəyənlər üçün ipoteka kreditləri əsas çıxış yollarından biri hesab olunsa da, mövcud şərtlər bir çox ailələr üçün əlçatmaz olaraq qalır. Xüsusilə ilkin ödəniş məbləğinin yüksək olması, aylıq ödənişlərin vətəndaşların gəlirləri ilə uyğun gəlməməsi, eləcə də krediti

28.04.2026 238
.

Ancelina Colinin gözünə nə olub?

Hollivud ulduzu Ancelina Colinin yeni fotosu müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, aktrisanın qızı Zahara ilə qatıldığı tədbirdə çəkilən şəklində gözlərindən birinin digərindən böyük olduğu diqqətdən yayınmayıb. Coli digər gözünün üzərinə saçını tökərək onu mümkün qədər gizlətməyə çalışı

28.04.2026 401
.

"Lux Residence" Yasamal sakinlərinin evini icazəsiz sökür - Video

"Lux Residence" MMC uzun illərdir Bakının Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 34 ünvanında yerləşən sakinlərin başına oyun açır. Tikinti şirkəti yaşayış ola-ola və sakinlərin heç bir razılığı olmadan evləri sökür. -a xəbər verir ki, narazı sakinlər tikinti şirkətini məhkəməyə verməyə hazırlaşır

28.04.2026 207
.

NATO rəsmisi: İran münaqişəsində qalibi demək tezdir

ABŞ və İsrail ilə İran arasında mümkün hərbi qarşıdurmada qalib tərəfi müəyyən etmək hələ tezdir, çünki vəziyyət dinamik olaraq qalır. xəbər verir ki, bu fikirləri NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone RBC-Ukraynaya müsahibəsində səsləndirib. O bildirib:. "İndi bunu demək çətindir

28.04.2026 178
.

Çin mediası: Ukrayna bu münaqişənin əsas zərərçəkənidir

Ukraynanın İran və ABŞ arasında artan gərginlik fonunda əsas zərər görən tərəflərdən birinə çevrildiyi iddia olunur. xəbər verir ki, bu barədə Çinin Sohu nəşri məlumat yayıb. Məqalədə qeyd edilir ki, Ukrayna prezidenti Volodimir Zelenski Fars körfəzi ölkələri ilə texnoloji əməkdaşlığın genişləndirilməs

28.04.2026 234
.

"Fənərbaxça"da bu tarixdə prezident seçkiləri olacaq

Türkiyənin "Fənərbaxça" klubunda prezident seçkiləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadettin Saran məlumat verib. O, seçkilərin 6-7 iyunda olacağını deyib. Xatırladaq ki, Sadettin Saran 2025-ci ilin sentyabrından "Fənərbaxça"nı

28.04.2026 244
.

TOP MP3