Səyahət sığortası niyə vacibdir? Azərbaycanlıların marağı hələ də aşağıdır
"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə olunması zəruri olan xidmətlərdən biridir. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bu məhsula marağı hələ də aşağı səviyyədədir".
Bunu BiG.AZ-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib.
O, qeyd edib ki, Şengen ölkələrinə səfər etməyə hazırlaşan vətəndaşlar viza müraciəti zamanı səyahət sığortasını məcburi qaydada əldə edirlər. Çünki bu sənəd olmadan viza müraciəti qəbul edilmir və imtina ilə nəticələnir. Lakin digər qonşu və uzaq ölkələrə səfərlərdə belə məcburiyyət olmadığı üçün vətəndaşların böyük əksəriyyəti səyahət sığortası əldə etmir:
"Əslində isə hər bir vətəndaş bilməlidir ki, ölkə xaricində olduğu zaman səyahət sığortası gözlənilməz bədbəxt hadisə baş verdikdə mühüm dəstək rolunu oynaya bilər. Xarici ölkələrdə tibbi xidmətlərin çox baha olması bəzən zəruri tibbi yardımın alınmasını çətinləşdirir. Bu səbəbdən ölkə xaricinə səfər edən hər kəsin səyahət sığortası əldə etməsi vacibdir.
Artıq 1 yanvar 2026-cı ildən etibarən Gürcüstan yeni qanun qəbul edib və ölkə ərazisinə daxil olan bütün xarici vətəndaşların səyahət sığortası ilə sərhədi keçməsini məcburi edib.
Bu qərar Azərbaycan vətəndaşlarının bir qismi üçün gözlənilməz oldu və müəyyən narazılıqlara səbəb yaratdı. Çünki çox sayda azərbaycanlı iş, təhsil və qohumluq əlaqələri səbəbindən Gürcüstana uzunmüddətli səfərlər edir. Bu isə əlavə maliyyə xərcləri yaradır. Uzunmüddətli səyahət sığortalarının qiymətləri nisbətən yüksəkdir və bəzən ailə üzvləri ilə birlikdə səfər edənlər üçün ödənilməli məbləğ kifayət qədər böyük olur.
Bununla belə, bu qərar müəyyən narazılıq doğursa da, vətəndaşların qonşu ölkəyə sığortalı şəkildə səfər etməsi onların öz maraqlarına da uyğundur. Çünki istənilən anda gözlənilməz hadisə baş verə bilər və belə hallarda yaranan xərclərin qarşılanmasında sığorta şirkətləri mühüm rol oynayır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 793 Tarix: 13 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
00:35 237 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi
12:50 122 Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
00:33 337 BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"
15:40 0 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
11:10 160 Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen
00:31 265 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
03.10.2026 216 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
11:00 133 Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard
00:13 190