Mətbəxdə gizli təhlükə: məişət kimyasını harada saxlamaq olmaz

Mətbəxdə gizli təhlükə: məişət kimyasını harada saxlamaq olmazBir çox insan üçün mətbəx çanağının (rakovinanın) altındakı yer təmizləyici vasitələri saxlamaq üçün ən uyğun məkan kimi görünür. Lakin təhlükəsizlik üzrə mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş yanğın, kimyəvi zəhərlənmə və ya əmlaka ziyan riskini artırır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ağardıcı maddə və ya ammonyak kimi kimyəvi vasitələrin təsadüfi sızması onların bir-biri ilə qarışmasına səbəb ola bilər. Bu isə zəhərli qazların yaranmasına gətirib çıxarır. Bundan əlavə, su borularının sızması və ya mətbəx tullantı üyüdücüsünün işi qablaşdırmanı zədələyə bilər. Bu da kimyəvi maddələrin korroziyaya uğramasını və tökülməsini sürətləndirir.

Aerozol balonları (spreylər, soba təmizləyici vasitələri və s.) isə asan alışan maddələrdir. Onların elektrik cihazlarının (məsələn, qabyuyan maşın və ya tullantı üyüdücüsü) yanında saxlanması rütubətli mühitdə qığılcım və hətta partlayış riskini artırır.

Uşaqlar və heyvanlar üçün risk

Mətbəx çanağının altı həm də uşaqlar və ev heyvanları üçün ən əlçatan yerlərdən biridir. Onlar təsadüfən yuyucu kapsulları udaraq və ya kimyəvi maddələrlə təmas edərək kimyəvi yanıq və zəhərlənmə riski ilə üzləşə bilərlər.

Məişət kimyasını necə təhlükəsiz saxlamaq olar?

Tez alışan maddələr

Onları sərin, quru və yaxşı havalandırılan yerdə (məsələn, qaraj və ya anbar) saxlayın. Günəş şüalarından, soba və digər qızdırıcı cihazlardan uzaq tutun.

Aqressiv kimyəvi maddələr

Ağardıcılar, döşəmə təmizləyiciləri və qabyuyan kapsullar kilidli və uşaqların çata bilməyəcəyi hündür şkaflarda saxlanmalıdır.

Müntəzəm yoxlama

Vaxtaşırı qabların vəziyyətini yoxlayın ki, sızma və ya qablaşdırmanın şişməsi kimi problemləri vaxtında aşkar edə biləsiniz.

Çanaq altı üçün daha uyğun nədir?

Bu yer daha çox aşağıdakı əşyaların saxlanması üçün uyğundur:

fırçalar

dəsmallar

süngərlər

təbii təmizləyici vasitələr (məsələn, sirkə, soda və hidrogen peroksid)

Daha yaxşı qoruma üçün bu vasitələri hermetik plastik qablarda saxlamaq məsləhət görülür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 812   Tarix: 11 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.