İcra başçısı Rüfət Nasosnunu niyə qəbul edib? - Meyxanaçıdan AÇIQLAMA

İcra başçısı Rüfət Nasosnunu niyə qəbul edib? - Meyxanaçıdan AÇIQLAMASumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məşhur meyxanaçı Rüfət Kərimovu (Nasosnu) qəbul edib.

Bu barədə Manset.az-a meyxanaçının özü məlumat verib. Onun sözlərinə görə, qəbulun səbəbi bir neçə gün əvvəl İTV kanalında yayımlanan "Milyonların Şousu" verilişindəki uğurlu çıxışı olub:

"Sağ olsun Zakir müəllim, verilişdə göstərdiyim uğurlu çıxışa və şəhərin ictimai, mədəni həyatındakı fəallığıma görə məni qəbul etdi, problemlərimlə maraqlandı. Bildirdi ki, hər hansı çətinliyim olarsa, ona müraciət edə bilərəm. Dedi ki, "50 ildir bu şəhərdə yaşayırsan, amma indiyə qədər gəlib bizdən nəsə xahiş etməmisən". Sağ olsun, məni yaxşı qarşıladı. Öz məsləhətlərini verdi. Bayramqabağı tədbirlərin və işlərin fonunda mənə vaxt ayırması mənim üçün şərəfdir. Bu da incəsənətə, sözə, ağla və savada olan diqqətdən irəli gəlir", - deyə meyxanaçı qeyd edib.

Rüfət Kərimov əlavə edib ki, cəmiyyətdə meyxanaçılar barədə bəzən yanlış təsəvvürlər formalaşır:

"Bizdə əksər insanlar düşünür ki, meyxanaçılar narkoman, tufeyli həyat tərzi sürən insanlardır. Amma əksinə, onların arasında mənim kimi ali təhsilli insanlar da var. Mən tarix fakültəsini bitirmişəm. İTV-də həmin verilişdə iştirak etməklə göstərmək istədim ki, meyxanaçılar haqqında belə düşünmək doğru deyil. Sənətin pisi yoxdur, insanın pisi var. Bəlkə də çoxları xatırlamaz, amma mən orta məktəbdə oxuyanda sinif yoldaşlarım Samir Ağabalayev, Fadil Paşayev və Rəşad Müttəlibovla birlikdə respublika üzrə yarışlarda biliyimizlə səs salmışdıq", - deyə o bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1441   Tarix: 11 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.