Pişiklərə nə vermək olmaz? - Məhsulların SİYAHISI
Belə bir fikir var ki, pişik özü orqanizmi üçün hansı qidanın faydalı olduğunu seçə bilir. Buna görə də bəzi sahiblər ev heyvanlarını insan yeməkləri ilə qidalandırırlar. Lakin bu qidaların bir çoxu heyvanlar üçün təhlükəli ola bilər. Göründüyü qədər adi olan bəzi məhsullar pişiklər üçün zərərli sayılır.
Lent.az bu məhsulları təqdim edir:
Pişiklərə nə vermək olmaz?
Pişiklərin inək, keçi və ya qoyun südünü sevdiyi və mütləq içməli olduğu barədə fikir yanlışdır. Bütün məməlilər kimi pişik balaları da həyatlarının ilk mərhələsində yalnız ana südü ilə qidalanırlar. Lakin böyüdükcə bir çox məməlilər kimi südü həzm etmək qabiliyyətini itirirlər. İnək südü pişiklər üçün təbii qida sayılmır və yetkin pişiklərdə ishala səbəb ola bilər.
Bundan əlavə, süddə olan kazein allergen hesab olunur. Süd yalnız 6 aya qədər olan balaca pişik balaları üçün faydalıdır. Pişiklərin rasionuna az miqdarda yağlı olmayan fermentləşdirilmiş süd məhsulları ryajenka, kefir və kəsmik əlavə etmək olar.
Pişiklər üçün ət
Pişiklər yırtıcı heyvanlardır və ət onların təbii qidasıdır. Lakin hər növ ət və balıq pişiklər üçün uyğun deyil. Xam ət verməkdən çəkinmək lazımdır, çünki bu, pişiyin parazitlərə yoluxmasına səbəb ola bilər.
Pişikləri ət qalıqları və ya subproduktlarla qidalandırmaq məsləhət görülmür. Ət verilirsə, təmiz və keyfiyyətli olmalıdır. Qaraciyər yalnız az miqdarda və bişmiş halda verilməlidir, çünki pişiyin həzm sistemi üçün ağır qidadır. Donuz əti isə çox yağlı olduğu üçün pişiklərə verilməsi tövsiyə edilmir.
Balıq pişiklərin əsas qidası deyil
Pişiklərin ən sevdiyi yeməyin balıq olması barədə fikir də yanlışdır. Təbiətdə pişiklər balıq yemirlər. Buna görə balıq onların təbii qidası hesab edilmir və yalnız nadir hallarda verilməlidir. Daha çox dəniz balığına üstünlük verilməlidir.
Çay balığı isə parazitlərin çox olması və sidik yolları problemlərinə səbəb ola bilməsi səbəbilə təhlükəli sayılır. Əgər pişiyə balıq verilirsə, bu həftədə 1-2 dəfədən çox olmamalı, dəniz balığı olmalı və sümükləri ilə içalatı təmizlənməlidir.
Pişiklərə verilməməli tərəvəz və meyvələr
kartof - pişiklər nişastanı həzm edə bilmir
kələm və paxlalılar - qaz və şişkinlik yaradır
soğan və sarımsaq - heyvanlar üçün zəhərli maddələr ehtiva edir
göbələklər - həzm üçün çox ağırdır
avokado - pişiklər üçün zəhərlidir
qoz-fındıq - fosforun çox olması səbəbilə təhlükəlidir
üzüm və kişmiş - pişiklər üçün zəhərlidir
Pişiklərə az miqdarda kök, xiyar, kabaq, ispanaq, kahı və bişmiş çuğundur vermək olar.
İnsan süfrəsindən verilən təhlükəli qidalar
Bəzi insan qidaları pişiyin sağlamlığına ciddi zərər verə, hətta ölümə səbəb ola bilər.
Pişiklərə qətiyyən verilməməlidir:
kolbasa və sosislər - qaraciyər və ürək üçün zərərlidir
qızardılmış ət və piy - çətin həzm olunur
un məmulatları, bulkalar, peçenye və makaron - şişkinlik yaradır və çəkiyə mənfi təsir edir
sümük və qığırdaqlar - boğazda ilişə bilər
şəkər və şirniyyatlar - piylənmə, diabet və diş problemlərinə səbəb olur
şokolad və kakao - ürək və damar sisteminə zərər verir
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1080 Tarix: 10 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
15:50 124 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
17:50 0 Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
00:23 263 Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
03.10.2026 183 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
16:30 107 Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen
00:31 277 BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra
17:40 0 Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
00:11 240 Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard
00:13 195