Fridrix Ştift: İranda hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalacağıq

Fridrix Ştift: İranda hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalacağıqİranı tərk edərək digər dörd avstriyalı diplomatla birgə Azərbaycana keçən Avstriyanın Tehrandakı səfiri Fridrix Ştift qəbula görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

"Report"un Cənub bürosu xəbər verir ki, Fridrix Ştift mətbuat nümayəndələri ilə söhbətində təfərrüatları bölüşüb.

"Hazırda İrandakı təhlükəli vəziyyətlə əlaqədar Bakıya yollanırıq. Hücumların (ABŞ və İsrailin İrana - red.) nə qədər davam edəcəyini bilmirik, ona görə də qərara gəldik ki, təhlükəsiz ölkəyə getmək daha yaxşıdır. Sərhəddə göstərilən isti münasibətə və qəbula görə Azərbaycan Respublikasına son dərəcə minnətdarıq", - diplomat bildirib.

Onun sözlərinə görə, onlar İran ərazisində hərbi əməliyyatlar başa çatana qədər Azərbaycanda qalmaq niyyətindədirlər: "Biz burada nə qədər lazımdırsa, qalacağıq. Lakin ümid edirik ki, İrana qarşı döyüş əməliyyatları və zərbələr tezliklə başa çatacaq və biz Tehranda işimizə qayıtmaq imkanı əldə edəcəyik".

Diplomat, həmçinin İran paytaxtında partlayış səslərini şəxsən eşitdiyini deyib: "Son günlərdə biz gecə saat iki-üç radələrində partlayış səslərinə oyanırdıq və qalxan tüstüləri görürdük. Bu gün şəhəri tərk edərkən alov içində olan bir neçə bina gördük".

İranın Naxçıvana dron hücumunu şərh edən səfir bildirib: "Əlbəttə, bu cür zərbələrin baş verməsi yaxşı hal deyil".

Bununla yanaşı, F.Ştift əlavə edib ki, bu gün İran Prezidenti Məsud Pezeşkian müraciətlə çıxış edərək qonşulardan üzr istəyib və Tehranın qonşu dövlətlərə hücumları dayandırmaq niyyətini bəyan edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 569   Tarix: 07 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdaşda VAZ su kanalına düşdü

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb. Sürücü ətrafdakıların köməkliyi ilə xila

15.08.2026 147
.

"Defense Express": Ukraynanın Samaradakı "Proqress" raket mərkəzinə zərbə endirdiyi ehtimal olunur

Ukrayna qüvvələri avqustun 15-nə keçən gecə Samarada "Soyuz" raketləri istehsal edən "Proqress" raket-kosmik mərkəzinə (RKM) zərbə endirmiş ola bilər. "Report" xəbər verir ki, bu barədə "Defense Express" məlumat yayıb. Portalın məlumatına görə, yerli sakinlər Samar

15.08.2026 150
.

Kolumbiyada mədəndə partlayış: 6 nəfər həlak olub

Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində altı nəfər həyatını itirib, bir nəfər isə xilas ola bilib. xəbər verir ki, bu barədə Kundinamarca qubernatoru Xorxe Emilio Reyə istinadən "Blu Radio" radiostansiyası məlumat yayıb. Məlumata görə, Kundinamarka əyalətinin Kukunuba bölgəsindək

15.08.2026 104
.

Sosial müavinətlərlə bağlı MÜHÜM XƏBƏR

Bu ilin iyul ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub. Bu barədə Ölkə.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Məlumata görə, onların 39,4 %-ni kişilər, 60,6 %-ni isə qadınlar təşkil edi

00:30 97
.

Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? - "08:00-dan daha gec…"

Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gətirilib. Belə ki, bununla bağlı yazı dərc edərək, xüsusilə yeniyetmələrin yuxu rejimi, dərsə diqqəti və təhsil nəticələri baxımından dərslərin daha gec başlamasının mümkün üstünlüklərini müzakirəy

00:32 106
.

Dəhşətli havalar gəlir: REKORD QIRILACAQ - TARİX

2026-cı ilin avqustu tarixə ən isti avqust ayı kimi düşəcək. Bu barədə Yaponiyanın Meteorologiya Agentliyinin (JMA) hazırladığı JRA-3Q qlobal atmosfer təhlilində bildirilib. Məlumata əsasən, avqustun ilk 11 günündə Yer kürəsində orta qlobal hava temperaturu 17,03C təşkil edib. Bu rəqəm adətən 14-15 olurdu

00:13 114
.

AZƏRBAYCANDA MAAŞ KARTLARI İLƏ BAĞLI YENİ QAYDA - Vətəndaş nə qazanacaq?

Azərbaycan Mərkəzi Bankının hazırladığı yeni mexanizm maaş və pensiya kartları bazarında rəqabəti artırmağı, vətəndaşlara isə bank seçimi azadlığı verməyi hədəfləyir. Yeni qaydalara əsasən, insanlar əməkhaqqı və pensiyalarının istədikləri bank hesabına köçürülməsini seçə biləcəklər. Bu dəyişiklik bankla

00:22 99
.

Dəbdəbəli toylardan imtina edək!

Azərbaycanda toy mövsümünün ən çox müzakirə olunan məsələlərindən biri də şadlıq saraylarında boş yer tapmaqdır. Xüsusilə Bakıda bəzi restoranlarda uyğun tarix üçün aylar əvvəldən müraciət etmək lazım gəlir. Hətta toy etmək istəyənlərin məkanı 5-6 ay əvvəldən "bron" etməli olduğu bildirilir

00:15 107
.

Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK

Valideynlərindən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Məsələ yalnız sosial ödənişin verilib-verilməməsi ilə məhdudlaşmır, eyni zamanda ailə üzvlərinin statusunun sosial təminat hüquqların

00:26 104
.

TOP MP3