Pezeşkian Naxçıvana edilən hücumla bağlı Putinə NƏLƏR DEDİ?
İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı ölkəsinin Azərbaycana hücum etmədiyini bildirib. O, Tehranın qonşularına hücum etməyi heç vaxt hədəfləmədiyini vurğulayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Agentlik İran prezidentinin mətbuat xidmətinə istinadən bildirib ki, M.Pezeşkian İranın Azərbaycana hücumu ilə bağlı iddiaları qətiyyətlə rədd edib və bu şayiələri qonşular arasında qardaşlıq münasibətlərini pozmaq üçün hazırlanan düşmən planı adlandırıb.
Xatırladaq ki, martın 5-də İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikasına qarşı dron hücumları həyata keçirilib. Onların biri Naxçıvan hava limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəbin yaxınlığa düşüb. Aeroport binasına dəyən ziyan nəticəsində dörd nəfər yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hücumu qətiyyətlə pisləyərək, Azərbaycan ərazisinə edilən bu hücumun beynəlxalq hüququn norma və prinsiplərini pozduğunu və regionda gərginliyin artmasına töhfə verdiyini bildirib. Hadisə ilə bağlı İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb.
Müdafiə Nazirliyinin isə yaydığı bəyanatdan qeyd olunub ki, hadisəyə görə bütün məsuliyyəti İran İslam Respublikasının üzərinə düşür və bu cür hücumlar cavabsız qalmayacaq.
Bundan başqa Baş Prokurorluq İranın Naxçıvanda mülki infrastruktura dron hücumu ilə bağlı cinayət işi açıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 761 Tarix: 07 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kukla Teatrında yeni təyinat
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub. Axşam.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli Əmr imzalayıb. Əmrə əsasən, Elnur Abbasquliyev teatrda direktor müavini vəzifəsinə təyinat alıb. E.Abbasquliyev 2021-ci ilin oktyabrından bu təyinatadək Azərbaycan Dövlə
17:26 173 Rus ordusu bu iki kəndi işğal edib
Rusiya Silahlı Qüvvələri Ukraynanın daha iki kəndini işğal edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Donetsk Qrişino və Xarkovun Veterinarneyo kəndlərini işğal edilib
21:00 1 Yeniyetmələr arasında cinayət artımı: qanunvericilik dəyişə bilərmi? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Son vaxtlar yeniyetmələr arasında ağır cinayət halları ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bu kimi hadisələr ictimai təhlükəsizlik, ailə nəzarəti və yeniyetmələrin davranışına təsir edən sosial faktorları yenidən gündəmə gətirir. Mövcud qanunvericiliyə əsasən, yetkinli
14:03 277 Bakı metrosuna giriş bağlandı - Sərnişinlər çıxarılır
Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb
12:55 642 Şəhidin atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi, kapitan İlkin Nəcəfovun atası Misirxan Nəcəfov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Salyan rayonunda dünyasını dəyişib. Qeyd edək ki, İ.Nəcəfov 1989-cu ildə Salyanın Şikarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonr
12:18 281 Xəbər saytlarında istinad problemi: etibarlılıq sual altındadır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son dövrlərdə xəbər saytlarında yayımlanan materiallarda istinad mənbələrinin göstərilməməsi diqqət çəkən problemlərdən birinə çevrilib. Bu hal oxucular arasında məlumatın etibarlılığı ilə bağlı suallar doğurur və jurnalistikanın əsas prinsiplərindən olan şəffaflıq məsələsini yenidən gündəmə gətirir
15:27 239 Süni intellektlə təxribat törədənlər həbs olunacaq
Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasını
13:33 251 "Azərsun Holdinq"in dəstəyi ilə "Vikipediya"nın 25 illiyi qeyd olundu - Fotolar
"Azərsun Holdinq" doğma dilimizin qorunması və xüsusən də rəqəmsal məcrada inkişaf etdirilməsi məqsədilə layihələrini davam etdirir. Bu layihələr çərçivəsində şirkətlər qrupu "Vikimedia Azərbaycan" İstifadəçi Qrupu ilə birgə "Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: 25"
12:52 270 Sabah 22° isti olacaq
Aprelin 22-si gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimal
13:35 287