"70% endirim" tələsi: Alıcılar necə aldadılır?

"70% endirim" tələsi: Alıcılar necə aldadılır?Son illər böyük faizlərlə elan olunan endirim kampaniyaları istehlak bazarında ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. "70% endirim", "yalnız bu gün", "son şans" kimi çağırışlar alıcıların diqqətini cəlb etsə də, bir çox hallarda qiymətlərin əvvəlcədən süni şəkildə artırılması və ya endirimin real bazar dəyərini əks etdirməməsi iddiaları gündəmə gəlir. Bu isə saxta və manipulyativ satış strategiyaları ilə bağlı narahatlıqları artırır.

Dünya təcrübəsi göstərir ki, bir sıra ölkələrdə bu cür hallar olsa da eyni zamanda buna qarşı ciddi nəzarət mexanizmləri tətbiq olunur. Məsələn, ABŞ-də Federal Ticarət Komissiyası (FTC) satıcıların "əvvəlki qiymət"i sübut etməsini tələb edir və saxta endirim hallarında cərimələr tətbiq edir. Almaniyada və digər Avropa İttifaqı ölkələrində isə qiymət endirimi elan edilərkən məhsulun son 30 gün ərzində tətbiq olunan ən aşağı qiyməti əsas götürülməlidir.

Ekspertlər bildirirlər ki, saxta endirim kampaniyaları qısamüddətli satış artımı yaratsa da, uzunmüddətli perspektivdə bazarda etimadı zəiflədir. Bu səbəbdən bir çox ölkələrdə reklam və satış strategiyalarına dair şəffaflıq tələbləri gücləndirilir və pozuntulara görə yüksək məbləğdə cərimələr nəzərdə tutulur.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Qida məhsulları üzrə mütəxəssis Eyyub Hüseynov bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə bütün malların maddi məhsul şəxsinin imzası olan qiymət sənədi olmalıdır:

"Lakin Azərbaycanda satılan malların 90 faizinin üzərində rəsmi sənəd yoxdur. Bunu bilən alıcı sənəd tələb edərsə, böyük ehtimalla, satan tərəf "müdir burada yoxdur", "sənəd mühasibdədir" kimi bəhanələrlə tələbdən yayınacaq. Nə qədər ki, mallar sənədsiz satılır vergidən yayınmalar istehlakçıların hüquqlarının pozulması halları davam edəcək".

Mütəxəssis bildirib ki, böyük endirimlərin tətbiqi bütün dünyada var azərbaycanda da bu müşahidə olunur:

"Süni qiymət endirimi kimi yalan endirim kompaniyalarını dövlətin biznesə dəstək proqramlarından sui-istifadə halı hesab edirəm. Məsələ budur ki, rəsmi sənəd göstərilmədiyi üçün malların üzərində əvvəl istədikləri şişirdilmiş rəqəmləri yazıb sonra isə "fantastik endirim" təklif edirlər.

Bu qanun pozuntusunu dünyanın hər yerində müşahidə etmək mümkündür. Amma bu o deməkdir ki real endirim olmur. Sadəcə, onun həqiqi endirim olduğunu müəyyən edə bilmək lazımdır".

Eyyub Hüseynov qeyd edib ki, marketoloqların istehlakçıları tələyə salmaq üçün minlərlə üsulları var:

Onlardan biri də haqqında danışdığımız endirim kampaniyalarıdır.

Süni qiymət endirimini aşkar edən alıcını vətəndaş həmrəyliyinə çağırıram. 012-599-76-00 nömrəsi ilə Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə məlumat verilməlidir.

Təəssüf edirəm ki, bu qurum da effektiv işləyə bilmir. Çünki proseduru icra etmək üçün bürokratik əngəllər var. Əvvəl Agentlik özü Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir və irəli gələn digər işləri icra etməlidir ki, satan şirkəti yoxlaya bilsin".

Ekspert bildirib ki, İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanun 1995-ci ildə qəbul olunub: "Qanunda hansı dəyişiklik aparılıbsa, istehlakçısının zərəri ilə nəticələnib.

Bu problemi 27 fevral 2025-ci ildə Milli Məclisdə Ombudsmanın hesabatında səsləndirmişəm. Həmçinin həmin ilin 3 martında Milli Məclisin İnsan hüquqları komissiyasında, Ombudsmanın illik hesabatında eyni fikri səsləndirmişəm.

Hazırda sözügedən qanun bazarı tənzimləmək iqtidarında deyil və mütləq yenilənməlidir".

Azərbaycanda istehlakçı hüquqlarının pozulması hallarında satıcı və xidmət göstərən şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. Məsələ, əsasən, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanun, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

Qanunvericiliyə görə, keyfiyyətsiz və ya saxta məhsulun satılması, istehlakçının aldadılması (qiymət, çəki, ölçü və ya məhsulun tərkibi barədə yanlış məlumat verilməsi), habelə nəzarət-kassa aparatından istifadə etməmək inzibati xəta hesab olunur və bu hallarda satıcıya maliyyə cəriməsi tətbiq edilir.

Cərimənin məbləği pozuntunun xarakterindən və subyektin - fiziki, vəzifəli və ya hüquqi şəxs olmasından asılı olaraq dəyişir.

Mövcud qanunvericiliyə əsasən, istehlakçıların aldadılması və digər ciddi pozuntulara görə fiziki şəxslər üçün maksimum cərimə 500 manat, vəzifəli şəxslər üçün 2 000 manatadək, hüquqi şəxslər üçün isə 6 000 manatadək nəzərdə tutulur.

Bundan əlavə, istehlakçıya maddi və ya mənəvi zərər dəyərsə, satıcı dəymiş zərəri ödəməyə borcludur. İstehlakçı qüsurlu məhsulun dəyişdirilməsini, qiymətin azaldılmasını, qüsurun aradan qaldırılmasını və ya ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər.

Ağır nəticələrə səbəb olan hallarda - məsələn, saxta məhsulun sağlamlığa ciddi zərər vurması və ya kütləvi təhlükə yaratması zamanı - məsələ cinayət məsuliyyəti müstəvisində araşdırıla bilər.

Qeyd edək ki, ölkədə istehlakçı hüquqlarına nəzarət funksiyasını Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 787   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy

12:10 183
.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

16:10 146
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

11:07 177
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 180
.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

16:30 158
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 298
.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

11:10 182
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 324
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

15:50 154
.