"Qarabağ" FK tək qalib gələndə Yox ,uduzanda da bizimdir- Vəhdət Partiyasının sədri Adəm İsmayil Bakuvi

"Qarabağ" FK tək qalib gələndə Yox ,uduzanda da bizimdir- Vəhdət Partiyasının sədri Adəm İsmayil BakuviVəhdət partiyası "Qarabağ" futbolçularının vəhdəti haqqında

Milli Birliyin Futbol Üzərindən Qurulan Modeli

Bu gün Azərbaycan cəmiyyətində elə bir dəyər yoxdur ki, həm Bakıda, həm Təbrizdə, həm İstanbulda, həm Berlində, həm Tel-Əvivdə, həm Moskvada - ümumiyyətlə dünyanın hər bir yerində yaşayan azərbaycanlını eyni anda bir məqsəd, bir duyğu, eyni bir kimlik ətrafında birləşdirə bilsin. Bu mənada "Qarabağ" futbol klubu artıq sadəcə bir idman təşkilatı deyil - o, qlobal miqyasda milli birliyin futbol üzərindən qurulan ən real və nümunəvi modelidir.

Biz bir patiya kimi bunu qeyd etməyə bilmərik - son illər Azərbaycan futbolunun avanqardında dayanan "Qarabağ" bu gün Qurban Qurbanovla klubun futbolçularının bir vəhdətidir.
Klub artıq Avropa futbol arenasında tanınan, hörmət edilən bir brendə çevrilir. Ötən ildən Türk dünyasının media platformalarında "Qarabağ" haqqında danışılırsa, bu artıq idman nəticəsindən daha çox - siyasi-mədəni simvolun formalaşması deməkdir.

"Qarabağ"ın hər bir ölkədəki oyunu dünya azərbaycanlılarının bir araya gəldiyi qeyri-rəsmi milli toplantıya çevrilir. ABŞ-dan, Kanadadan, Almaniyadan, Skandinaviya ölkələrindən azərbaycanlılar bilet alaraq "Qarabağ"ın oyununa gəlir, tribunalarda Azərbaycan bayrağını qaldırır və milli kimliyin canlı təzahürünü nümayiş etdirirlər. Bu "banket diasporunun" diplomatiyasının illərlə edə bilmədiyini, bir futbol klubunun 90 dəqiqədə reallaşdırmasıdır.

Modelin mərkəzində isə bir lider - Qurban Qurbanov dayanır. Qurban Qurbanovun xarakterində təmkin, mərdlik, Allaha bağlılıq və məsuliyyət hissi paralel şəkildə formalaşmışdır. Onun məşqçi kimi məhsuldarlığı yalnız taktiki düşüncə ilə deyil, eyni zamanda mənəvi liderlik qabiliyyəti ilə ölçülür. Bu gün Avropanın yüz illik tarixə malik, milyardlıq büdcəsi olan futbol nəhəngləri ilə 25-30 milyonluq büdcə ilə rəqabət aparmaq - mənəvi iradənin nəticəsidir.

Bununla belə, təəssüf ki, cəmiyyət olaraq bəzən unutqanlıq nümayiş etdiririk. Klubun oyunçuları kiçik səhvlərə görə sosial mediada hücumlara məruz qalır, Qurban Qurbanova qarşı soyuqluq yaranır. Bəzən yerli çempionatda qeyri-sağlam rəqabət elementləri - qisas motivli oyunlar, uyğun olmayan stadion və hava şəraiti, lazımsız fiziki müdaxilələr "Qarabağ"ın beynəlxalq hazırlıq ritmini pozur. Halbuki, güclü "Qarabağ" - güclü Azərbaycan futbolu deməkdir.

Vəhdət Partiyası hesab edir ki, bu gün Qarabağ futbol klubu təkcə idman uğuru deyil, milli həmrəyliyin strateji platformasıdır. Klub uduzsa da, udsa da - bizim fəxrimizdir. Ağdam klubu Azərbaycanın adını Avropanın futbol xəritəsində artıq təstiqlətdirib.

Biz xalq olaraq unutqan olmamalıyıq. "Qarabağ"ın yanında olmaq - milli birliyin yanında olmaqdır. Patiyamızın Azərbaycanın müxtəlif bölgələrindən olan hər bir üzvü hesab edir ki, Ağdam klubu azərbaycanlıları bir araya gətirən nadir simvollardan biridir.

"Qarabağ" bu gün təkcə meydanda deyil, milli yaddaşımızda da qalib gəlir.
Və bu qələbə - hamımızındır. Müasir dünyada dövlətlər artıq yalnız diplomatik nümayəndəliklərlə, iqtisadi müqavilələrlə və ya siyasi bəyanatlarla tanınmır. Bu gün qlobal imic - mədəniyyət, idman, incəsənət və simvolik institutlar vasitəsilə formalaşır. Bu kontekstdə "Qarabağ" Futbol Klubu Azərbaycanın "yumşaq güc" (soft power) alətlərindən birinə çevrilmişdir. "Qarabağ" bu gün yalnız bir klub deyil - o, Azərbaycanın beynəlxalq sistemdə tanınmasının, qəbul edilməsinin və hətta rəğbətlə qarşılanmasının qeyri-rəsmi platformasıdır.
"Qarabağ" post-münaqişə dövründə Azərbaycanın yeni milli simvollarından birinə çevrilmişdir. "Qarabağ" adı bu gün təkcə torpaq deyil, həm də qürur, müqavimət və qayıdış ideyasının beynəlxalq səviyyədə tanınan metaforasıdır. Klubun adı artıq təkcə coğrafi məkanı yox, həm də qürur, müqavimət və qayıdış ideyasını simvolizə edir.
Qarabağ bu gün yalnız qol vurmaqla deyil, milli kimliyi qorumaqla qalib gəlir.
Və bu qələbə - hamımızın ortaq siyasi və sosial kapitalıdır.Müasir dünyada informasiya müharibəsi bəzən silahlı müharibədən daha uzunömürlü və daha təsirli olur. Onilliklər boyu erməni təbliğatı Qarabağı "Artsax" adı ilə beynəlxalq ictimaiyyətə sırımağa çalışdı. Xarici mediada, idman platformalarında, ictimai rəy mühitində bu termin dövriyyəyə buraxılır, coğrafi və tarixi həqiqətlər təhrif edilirdi. Lakin bir məqam var ki, onu heç kim dana bilməz: Qarabağ Futbol Klubunun mövcudluğu milyonlarla futbol azarkeşinə bir həqiqəti göstərdi - Qarabağ Azərbaycan torpağıdır.

Avropa stadionlarında "Qarabağ" adı səslənəndə, milyonlarla insan xəritəyə baxır, maraqlanır, öyrənirdi. 2020-ci ilə qədər dünya qəbul edirdi ki, Qarabağ ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpağıdır. Bu idrakın formalaşmasında Qarabağ Futbol Klubunun illərlə apardığı əzmkar mübarizənin, Avropa meydanlarında göstərdiyi qətiyyətin xüsusi rolu oldu.

Bundan əlavə, klub çıxış edən stadionlarda - fərq etməz Bakıda, Londonda, Romada və ya başqa bir Avropa şəhərində - şəhidlər hər zaman yad edilir. Azərbaycan bayrağı qaldırılır, milli marş səslənir və "Qarabağ" adı bir müqəddəs anlayış kimi qorunur. Bu, artıq futbol deyil, milli yaddaşın qorunmasıdır.

Bu gün stadionlara baxaq: nazirdən fəhləyə, siyasətçidən alimə, müəllimdən tələbəyə qədər cəmiyyətin bütün zümrələri bir tribunada dayanır və "Qarabağ!" deyə qışqırır. Orada sosial status yoxdur. Orada siyasi fərq yoxdur. Orada yalnız bir kimlik var - Azərbaycan.Bu, "Qarabağ"ın bizə verdiyi ən böyük dərsdir: birlik dərsi.
Bu gün biz öz qəhrəmanlarımızı kiçiltməməliyik. Oyunçular səhv edə bilər. Məşqçi taktiki risk edə bilər. Amma biz onları tək buraxmamalıyıq. Əksinə, uduzanda daha çox dəstək olmalıyıq. Onlar bilməlidirlər ki, arxalarında bir millət dayanır.

Onlar əmin olmalıdırlar ki, "Qarabağ" yalnız qalib gələndə bizim deyil. "Qarabağ" uduzanda da bizimdir.

Çünki "Qarabağ" bizə bir dərs verdi:
Millət o zaman güclü olur ki, simvollarına sahib çıxır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 647   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

18:36 192
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

16:40 157
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 231
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

19:40 127
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

15:20 154
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

19:01 160
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 277
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

21:15 86
.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

10:45 158
.