Dağlarda yaşayanların qan şəkərinin yüksək olma ehtimalı daha azdır: yeni kəşf
Yeni araşdırma göstərib ki, hündürlüklərdə yaşamaq qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir.
Lent.az xəbər verir ki, tədqiqatın nəticələri barədə Science Focus nəşri məlumat yayıb.
Alimlər artıq uzun müddətdir müşahidə ediblər ki, oksigen səviyyəsinin aşağı olduğu yüksək dağlıq bölgələrdə yaşayan insanlar arasında diabetə yoluxma halları daha azdır. ABŞ-da dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yaşayan şəxslərdə diabet riski 500 metrdən aşağı ərazilərdə yaşayanlarla müqayisədə 12 faiz daha azdır.
Bu əlaqənin dəqiq səbəbi uzun müddət naməlum qalsa da, Cell Metabolism jurnalında dərc olunan yeni araşdırma məsələyə aydınlıq gətirib. Məlum olub ki, əsas rol eritrositlərə məxsusdur. Aşağı oksigen şəraitində orqanizmdə bu hüceyrələrin sayı artır.
Tədqiqatçılar hipotezlərini siçanlar üzərində sınaqdan keçiriblər. Onlar heyvanları oksigen səviyyəsi azaldılmış mühitə yerləşdirərək qanda oksigen doyumluluğunu aşağı salıblar. Bu vəziyyət hipoksiya adlanır. Daha sonra alimlər qlükozanın qandan hara "itdiyini" izləyiblər və müəyyən ediblər ki, oksigen çatışmazlığı şəraitində eritrositlər qlükozanı aktiv şəkildə mənimsəyir. Sonradan bu hüceyrələr qlükozanı toxumalara oksigenin ötürülməsini asanlaşdıran molekula çevirir.
Tədqiqatın rəhbəri, Qladston İnstitutunun alimi doktor Yolanda Marti-Mateos bildirib ki, bu mexanizm eritrositlərin daşıdığı az miqdarda oksigenin belə daha səmərəli şəkildə toxumalara çatdırılmasına imkan verir və orqanizmin hipoksiya şəraitində sağ qalmasına kömək edir.
Onun sözlərinə görə, hipoksiya şəraitində formalaşan eritrositlər adi qan hüceyrələrindən fərqlənir və daha çox qlükoza daşıyıcılarına malik olur.
Alimlər hesab edirlər ki, bu nəticələr diabetin müalicəsi üçün yeni yanaşmaların hazırlanması baxımından "konsepsiyanın sübutu" rolunu oynaya bilər.
Tədqiqatın həmmüəllifi, Qladston İnstitutundan doktor İşa Cayn qeyd edib ki, onların laboratoriyasında hazırlanmış HypoxyStat adlı kiçik molekul aşağı oksigen səviyyəsinin təsirini, nəfəs alınan havada oksigeni azaltmadan imitasiya edir.
Preparat siçanlara tətbiq edildikdən sonra onların yüksək qan şəkəri tam normallaşıb və mövcud dərmanlarla müqayisədə daha effektiv nəticə göstərib.
Alimlər vurğulayırlar ki, preparatın insanlar üzərində tətbiqinə qədər hələ çox iş görülməlidir. Lakin əldə olunan bioloji mexanizmlər ümidverici hesab olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 787 Tarix: 03 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşApteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
20:45 114 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
10:15 182 Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
22:15 35 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
20:19 412 Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir
19:01 165 Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
13:50 152 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
11:00 151 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
11:10 182 Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
18:50 140