"İftar menyusu"nda bu gün

"İftar menyusu"nda bu günAxşam.az "İftar menyusu"nu təqdim edir:

Kremli toyuq şorbası

Ərzaqlar:
1 ədəd toyuq filesi
1 ədəd kartof
1 ədəd kök
1 ədəd soğan
2 xörək qaşığı kərə yağı və ya duru yağ
2 xörək qaşığı un
1 stəkan qaymaq
4 stəkan su (və ya toyuq bulyonu)
Duz, qara istiot
İstəyə görə azca keşniş və ya şüyüd

Hazırlanması:
Toyuq sinəsini kiçik kub şəklində doğrayın və yağda yüngül qızardın. Üzərinə xırda doğranmış soğanı əlavə edib, 2-3 dəqiqə birlikdə bişirin. Doğranmış kartof və kökü əlavə edin. Unu qatıb qarışdırın, sonra suyu (və ya bulyonu) tökün. Tərəvəzlər yumşalana qədər (təxminən 15-20 dəqiqə) bişirin. Sonda qaymağı əlavə edib, duz-istiot vurun və 3-4 dəqiqə də qaynadın. İstəsəniz blenderdən keçirib, tam krem halına sala bilərsiniz. Süfrəyə verərkən üzərinə göyərti səpin.

"İftar menyusu"nda bu günSobada toyuq

Ərzaqlar:
4-5 ədəd toyuq budu (və ya qanad)
5-6 ədəd kartof
2 diş sarımsaq
1 ədəd soğan
3 xörək qaşığı zeytun yağı və ya duru yağ
1 çay qaşığı qırmızı bibər
1 çay qaşığı qara istiot
1 çay qaşığı keklikotu (və ya qarışıq ədviyyat)
Duz, istəyə görə azca limon suyu

Hazırlanması:
Kartofları soyub iri dilimlərə doğrayın. Toyuqları yuyub suyunu qurulayın. Böyük qabda yağ, əzilmiş sarımsaq, ədviyyatlar, duz və limon suyunu qarışdırın. Toyuq və kartofu bu sousa qatıb yaxşıca qarışdırın. Sobaya qoyacağınız qaba düzün, üzərini falqa ilə örtüb 180 dərəcədə təxminən 45-50 dəqiqə bişirin. Üzü qızarana yaxın üstünü açıq saxlayın ki, tam qızarsın.

"İftar menyusu"nda bu günŞokoladlı keks (Sobasız da olar)

Ərzaqlar:
2 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
Yarım stəkan duru yağ
2 xörək qaşığı kakao
1 paket qabartma tozu
1 paket vanil
1,5 stəkan un

Hazırlanması:
Yumurta və şəkəri yaxşıca qarışdırın. Süd və yağı əlavə edib qarışdırın. Kakao, vanil və qabartma tozunu tökün. Sonda unu əlavə edib hamar xəmir əldə edin. Yağlanmış formaya tökün. 180 dərəcə isidilmiş sobada təxminən 30-35 dəqiqə bişirin. Üzərinə şokolad sousu və ya şəkər kirşanı səpə bilərsiniz. İstəsəniz bunu qazın üstündə, vam odda da bişirə bilərsiniz. Qazın üstünə qoya biləcəyiniz tavaya töküb qapağı örtün. Kənarda süd, kakao, şəkər toxu və adi qara şokoladı əridib, üzərinə duru halda tökün.

"İftar menyusu"nda bu gün


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

13:50 152
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 157
.

327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi

Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı

11:00 151
.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. BİG.AZ -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgə

20:38 185
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

14:00 158
.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

11:10 182
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 156
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 227
.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

19:50 117
.