Ailələr "xoşbəxt" bloggerlərin paylaşımlarına baxıb, boşanırlar
Sosial şəbəkələrdəki təkcə mənfi xarakterli deyil, eləcə də "müsbət" görünüşlü paylaşımlar bəzi münasibətlərə - valideyn-övlad, ər-arvad, təsir edir. Psixoloqların qadın və kişi üzərinə qoyduğu tələblər, "xoşbəxt ailə modeli" yaşayan cütlüklərin rəngarəng paylaşımları, reallıqdan uzaq həyatlar bir müddət sonra onları izləyənləri depressiyaya salır, daxili çöküş yaradır.
Həkim-psixoterapevt Elmir Əkbər Lent.az-a açıqlamasında bildirib ki, ailələrin dağılmasının birinci səbəbi "psixoloq" adı altında neqativ mesajlar ötürən şəxslərdir:
"Azərbaycanda təəssüf ki, sosial şəbəkələrin hər şeyə, xüsusən də ailə modelinə, gənclərə, yeniyetmə və uşaqlara mənfi təsiri var. Dələduzlar, əxlaqsızlar Rusiyada, Ukraynada, Türkiyədə, Gürcüstanda bir kağız alaraq adlarını "psixoloq", "psixoterapevt" qoyub sosial şəbəkələrdə neqativ mesajlar ötürürlər. Ailələrin dağılmasının birinci səbəbi də məhz budur. Həmin "psixoloq"ların dediklərini dinləyən gənc qızlar, oğlanlar valideynlərdən, bir-birlərindən heç bir əsası olmadan elə şeylər tələb edirlər ki, onlar olmadıqda ya boşanırlar, ya da evdən qaçırlar.
Məsələ tək bu "psixoloq"larla da yekunlaşmır. Sosial şəbəkələrdəki "xoşbəxt" cütlüklər çiçəkləri, buketləri, hədiyyələri reklam edərək "düzgün ailə"lərin belə olduğunu aşılayırlar. Bunu görən zəhmətkeş insanlar isə həyatdan bezirlər. Elə düşünürlər ki, onlar xoşbəxt deyillər, xoşbəxtlik yalnızca hədiyyələrdədir. Sosial verilişlərə çıxan insanlara fikir versəniz onlar da, "biz xoşbəxt olmaq istəyirik", deyərək çox destruktiv seçimlər edirlər.
Dırnaqarası ər-arvadlar xoşbəxt ailə modellərini serial formasında çəkib paylaşırlar. Çox zaman bu paylaşımlarda Azərbaycan mentaliletinə, namusuna və qeyrətinə sığmayan hərəkətlər yer alır. Xoşbəxtliyin bu cür düşüklükdə olduğunu görən şəxslərin isə daxillərində də təbii olaraq üsyan yaranır. Bəziləri buna görə boşanır, bəziləri kənddən şəhərə məhz xoşbəxtlik əldə etmək düşüncəsi ilə gəlir. Amma onların heç biri bilmir ki, instaqramın, feysbukun arxasında bir çox hallarda tamamilə saxtakar, qurulma münasibətlər durur. Bəzən bunların üstü açılır, hər kəsə bəlli olur. Xoşbəxt ailə olduqlarını sübut eləməyə çalışan ər-arvadların zaman keçdikcə savaşları, xəyanətləri, oyunları məhz sosial şəbəkədə ifşa olunur. Hər kəsə təəccüblü gəlir ki, axı bunlar xoşbəxt idilər, axı bir-birlərini hədiyyəyə boğurdular, indi necə belə oldu? Azərbaycan ailələrini məhv edən əsas səbəblərdən biri bu cür saxtakarlıqlar və maskalı münasibətlərdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1050 Tarix: 02 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMillət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874