Trampın Çinə Səfəri: Vaşinqton-Pekin Münasibətlərində Yeni Mərhələ - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ Prezidenti Donald Trampın 31 mart-1 aprel tarixlərində Çinə planlaşdırılan səfəri qlobal siyasətin ən diqqətlə izlənilən hadisələrindən birinə çevrilib. Vaşinqton və Pekin arasında son illərdə artan iqtisadi rəqabət, ticarət mübahisələri və təhlükəsizlik məsələləri fonunda baş tutacaq bu səfərin iki böyük güc arasındakı münasibətlərin gələcək istiqamətinə ciddi təsir göstərəcəyi gözlənilir. Dünya ictimaiyyəti görüşü həm siyasi dialoq, həm də geosiyasi balans baxımından mühüm mərhələ kimi qiymətləndirir.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, Amerika və Çin arasında hazırda əsas problem, əsas rəqabət məhz tariflərlə bağlıdır. Onun sözlərinə görə, Amerikada Tramp hakiməyyətə gəldikdən sonra Çinlə bağlı bu məsələlər dahada sərtləşdirilib: "Amma Çinə tətbiq olunan tariflərdən sonra Çinində adekvat addımlar atması Amerika iqtisadiyyatına ziyan vurmağa başlayıb. Belə görünür ki, Tramp məsələni yerində müzakirə etmək və ortaq mövqe tapmaq üçün Çinə gedir. Ancaq onuda qeyd edim ki, Çin tərəfininin səfər ilə bağlı rəsmi açıqlaması yoxdur. Vaşinqton və Pekin arasında hazırda da diplomatik kanallar vasitəsilə müzakirələr gedir. Müzakirələrdə görünür Çin öz şərtlərini irəli sürür ki, bu şərtlər tam razılaşdırılmadığı üçün Çin səfər ilə bağlı rəsmi açıqlama verməyib.
Çin və Amerika arasında əsas rəqabətə gəldikdə isə Amerikanın rəqabət apardığı Çinlə yenədə əməkdaşlığı davam etdirməsi normaldır. ABŞ admistrasiyasının fərqli siyasəti var. Amerika Çinlə siyasətində Çinin tamamilə sıradan çıxarılması siyasətini güdmür. Bu çox çətin prosesdir. Yəni Çin tamamilə qlobal siyasətdən təcrid oluna bilməz. Çinin potensialı buna imkan vermir. Son 10-20 il ərzində Çin qlobal siyasətdə kifayət qədər böyüyüb. Amerika ona görədə daha çox Çinin təsir imkanlarının olduğu yerlərdə nəzarəti ələ keçirməyə çalışır. Çin Mərkəzi Asiyada öz mpvqeyini gücləndirən kimi, Amerikada dərhal Mərkəzi Asiyada öz mövqeyini gücləndirir.
Bu kontekstdən baxdıqda hesab edirəm ki, Amerikanın əsas məqsədi Çinlə ticarət əlaqələrini davam etdirmək, amma burda daha çox Amerikanın maraqlarının ön planda saxlanılmasıdır. Trampın Çinə səfərinin əsas məqsədi tariflər məsələsində razılaşma əldə etməkdir. Digər tərəfdən isə görünür burda istisna edilmir ki, Tramp qlobal siyasətdə Çinin bir çox proseslərdə Amerikanın maraqlarını nəzərə almasını təmin etməyə çalışacaq. Təbiiki aparılacaq danışıqların nəticəsi həmdə Çin və Amerika arasında qlobal rəqabətədə təsir edəcək. Yəni rəqabətin inkişafınıda müəyyənləşdirəcək. Rəqabət dahada sərtləşə və ya müəyyən qədər loyallaşada bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 699 Tarix: 02 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
11:07 180 Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
20:45 130 Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir
19:01 173 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
11:00 154 "Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ
Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər
16:10 148 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
15:20 158 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
00:51 233 Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
00:48 328 BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"
15:40 152