Aİ "Drujba" boru kəmərinə ekspert missiyasının göndərilməsi üçün Ukrayna ilə danışıqlar aparır

Aİ "Drujba" boru kəmərinə ekspert missiyasının göndərilməsi üçün Ukrayna ilə danışıqlar aparırAvropa Komissiyası (AK) Macarıstanın Baş naziri Viktor Orbanın zədələnmiş "Drujba" boru kəmərinin vəziyyətini yoxlamaq üçün missiya təşkil etmək təşəbbüsünü alqışlayır.

"Report" Avropa bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Anna-Kaisa İtkonen Brüsseldə jurnalistlərə bildirib.

Baş nazir V.Orban fevralın 25-də Avropa İttifaqı Şurasının sədri Antonio Koştaya müraciət edərək, slovakiyalı və macarıstanlı ekspertlərin iştirakı ilə "Drujba" neft kəmərinin vəziyyətini yoxlamaq və faktları müəyyən etmək üçün missiya göndərilməsini xahiş edib.

"Biz Baş nazir Orbanın belə bir missiyanı həyata keçirməyə və onun nəticələrini qəbul etməyə hazır olmasını alqışlayırıq. Bu, çoxdan gözlənilən addımdır. İndi biz missiyanın necə və hansı formada keçiriləcəyini anlamaq üçün növbəti addımları atmalıyıq", - A.İtkonen bildirib.

Onun sözlərinə görə, Aİ hazırda missiya ekspertlərinin boru kəmərinə daxil ola bilməsi üçün Ukrayna hökuməti ilə əlaqə saxlayır.

İtkonen xatırladıb ki, Avropa Komissiyası Prezidenti Ursula fon der Lyayen bu həftənin əvvəlində Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə "Drujba" neft kəmərinin təmirini sürətləndirməyi xahiş edib. Eyni zamanda, Rusiyanın yeni hücumları ilə bağlı təhlükənin davam etdiyi şəraitdə bu cür təmir işlərinin aparılmasının çətinliyi ilə bağlı anlayış var. Təmirin müddəti barədə hələlik yeni məlumat yoxdur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 01 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

10:22 130
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21.09.2026 430
.

"Yeni ulduz"un münsifləri və aparıcısı bəlli oldu

Xəbər verdiyimiz kimi, illər əvvəl yayımlanan səs-küylü "Yeni ulduz" layihəsi qayıdır. Bizim.Media "axşam.az"a istinadən xəbər verir ki, layihə "Regionun səsi" adı ilə ARB TV-də efirə gedəcək. Artıq yarışmanın seçimlərinə start verilib. Layihədə münsif kürsüsündə Əməkda

21.09.2026 364
.

Pakistan Əfqanıstanda üç hədəfə endirilən hava hücumlarında 28 nəfərin öldüyünü bildirib

Pakistanın informasiya nazirliyi bazar ertəsi günü bildirib ki, Əfqanıstanda üç hədəfə endirilən hava zərbələri nəticəsində 28 "terrorçu" və intiharçı öldürülüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Pakistan Əfqanıstanda Əfqan taliblərinin mövqelərinə zərbələr endirib. Müəllif: İlki

21.09.2026 203
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21.09.2026 230
.

Paşinyan: Rusiya ilə münasibətlərimiz əvvəlki kimi olmayacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Rusiya arasındakı münasibətlərin "qaçılmaz şəkildə dəyişəcəyini" bildirib. O qeyd edib ki, bu dəyişikliklər heç bir konkret şəxs və ya siyasi qüvvə ilə bağlı deyil. xəbər verir ki, Paşinyan bu barədə "Boon TV"yə müsahibəsində danışıb

10:45 126
.

Si Cinpin ABŞ-a gedir - Trampla görüşdə hansı məsələlər müzakirə olunacaq?

Çin Prezidenti Si Cinpin ABŞ-a dövlət səfərinə hazırlaşır. Sentyabrın 23-dən 25-dək davam edəcək səfər çərçivəsində Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşəcək. Vaşinqtonda keçiriləcək danışıqlarda iki ölkə arasında münasibətlərin gələcəyi, ticarət və texnologiya sahəsində fikir ayrılıqları, eləc

10:48 134
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21.09.2026 241
.

Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. BİG.AZ xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib

10:16 138
.