İranın bu məhsulu Azərbaycan bazarını tutub: Kütləvi şəkildə alınır - Təhlükəlidir?
Ötən ilin dekabr ayının statistikasına görə, Azərbaycana 121 milyon 60.42 min dollar dəyərində 16 763.73 ton kərə yağı idxal olunub, ölkədən isə 26 milyon 322.88 min dollar dəyərində 3 779.17 ton məhsul ixrac edilib. İxracın əsas hissəsi Rusiyaya (23 milyon 998.76 min dollar, 3 437 ton) yönəlib. İdxalda lider mövqedə isə İran dayanır. Bu ölkədən 42 milyon 117.27 min dollar dəyərində 6 994.56 ton kərə yağı alınıb.
Ekspertlər İran məhsullarının idxalda üstün mövqeyə çıxmasının səbəbləri, qiymət fərqləri və keyfiyyət məsələləri ilə bağlı müxtəlif yanaşmaların olduğunu bildirirlər.
Mövzu ilə bağlı Publika.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov hesab edir ki, İrandan idxal olunan kərə yağlarının daxili bazarda daha ucuz təklif edilməsinin bir neçə iqtisadi səbəbi var:
"Əsas amillərdən biri valyuta məzənnəsidir. İran realının zəif olması ixrac məhsullarını xarici bazarlar üçün daha əlçatan edir və bu da qiymət üstünlüyü yaradır. Eyni zamanda, İranda süd və süd məhsulları sektoruna tətbiq olunan dövlət subsidiyaları istehsalın maya dəyərini azaldır. İran və Azərbaycanın sərhəd ölkələr olması isə logistika xərclərini aşağı salaraq son qiymətə müsbət təsir göstərir".
Ekspert qeyd edib ki, məhsulun qiyməti onun keyfiyyəti barədə birmənalı fikir formalaşdırmamalıdır:
"Azərbaycana idxal edilən bütün heyvan mənşəli məhsullar, o cümlədən kərə yağları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ciddi nəzarətə götürülür. Uyğunsuzluq aşkar edilərsə, məhsul geri qaytarılır, satışdan çıxarılır və ya məhv edilir. Bundan əlavə, daxili bazarda da planlı və plandankənar monitorinqlər aparılır".
Ağa Salamov istehlakçıların da diqqətli olmasının vacibliyini vurğulayıb.
"Məhsulun üzərində "inək südündən pasterizə olunmuş kərə yağı" və ya "süd yağı" qeyd olunmalı, süd yağının miqdarı isə adətən 82,5% təşkil etməlidir. Əgər tərkibdə bitki yağı, palma yağı və ya qarışıq yağ göstərilirsə, bu məhsul klassik kərə yağı hesab olunmur", - deyə mütəxəssis bildirib.
Ekspertin qənaətincə, əsas meyar məhsulun hansı ölkədən idxal edilməsi deyil, onun normativ sənədlərə uyğunluğu və laborator təsdiqidir:
"Qiymət fərqi hər zaman keyfiyyətin aşağı olması demək deyil. Həlledici amil effektiv dövlət nəzarəti və istehlakçı maarifləndirilməsidir".
Publika.az mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinə də müraciət edib. Sualları Birliyin sədri Eyyub Hüseynov cavablandırıb.
"Azərbaycanda kərə yağına tələbat daim artmaqda, dünya bazarında isə qiymətlər yüksəlməkdədir. Ölkədə son bir ildən artıqdır ki, süd qıtlığı mövcuddur. Bunun əsas səbəblərindən biri iribuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyidir", - deyə Hüseynov vurğulayıb.
Belə bir şəraitdə əmtəə bazarına İran kərə yağlarının daxil olduğunu qeyd edən sədr deyib:
"Birliyə bu məhsullarla bağlı şikayət daxil olmayıb, yalnız keyfiyyət barədə məlumat almaq üçün zənglər edilib. Ölkəyə daxil olan bütün yağlar, o cümlədən İran istehsalı olan yağlar da, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət altındadır. AQTA məhsulların təhlükəsizliyinə, Azad İstehlakçılar Birliyi isə keyfiyyətinə diqqət edir".
E.Hüseynov sonda əlavə edib ki, ümumilikdə məlum kərə yağı məhsullarının hamısının yaxşı olduğunu demək olmaz.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 812 Tarix: 28 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 252 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 277 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
14.11.2026 219 Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər
10:35 0 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 293 TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə
01:50 384 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 225 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 264 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını
00:40 234