Zelenski Vaşinqtonu Kiyevə ən qısa müddətdə müasir silahlar verməyə çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonu Rusiya hakimiyyət nümayəndələrinin ailə üzvlərinə qarşı sanksiyaları sərtləşdirməyə və Kiyevə ən qısa müddətdə daha müasir silahlar verməyə çağırıb.
"Report" xəbər verir ki, Ukrayna lideri bunu "Sky News"a müsahibəsində bildirib.
"Birləşmiş Ştatlar özlərinin düşündüklərindən daha güclüdür. Mən həqiqətən belə hesab edirəm. Onlar doğrudan da Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərirlər. Onlar bu müharibəni dayandıra bilərlər", - Zelenski qeyd edib.
Bununla yanaşı, o, Ukraynanın sülhə nail olmağa nə qədər yaxın olması barədə suala cavabında çox şeyin ABŞ-də bu ilin noyabrına təyin edilmiş aralıq seçkilərdən asılı olduğunu bildirib.
"İndi düşünürəm ki, şansımız var. Gələn ilə gəlincə, çox şey həmin aylardan asılıdır: müharibəni payıza qədər, Birləşmiş Ştatlardakı mühüm və nüfuzlu seçkilərə qədər bitirə biləcəyikmi. Əgər sülhə nail ola bilsək, deməli, indi imkanlar pəncərəmiz var", - o vurğulayıb.
Nəşr qeyd edir ki, Zelenski Ukraynanın müharibəni qazana bilib-bilməyəcəyi sualına birbaşa cavab verməkdən yayınıb. Onun sözlərinə görə, hər şey insanların "qələbə" sözü altında nəyi nəzərdə tutmasından asılıdır".
"Və düzünü desəm, ərazilər haqqında danışmaq çox çətindir. Bu gün bütün torpaqları necə geri qaytarmaq olar - bu, çox çətindir və çox böyük insan itkisinə səbəb olacaq. Lakin vacib olan odur ki, Rusiya buna döyüş meydanında da nail ola bilmir. Buna görə də onlar qalib gəlmir, biz isə uduzmuruq", - o deyib.
Zelenski bir daha vurğulayıb ki, Ukrayna müharibəni başa çatdırmaq üçün ərazi güzəştlərinə getmək niyyətində deyil. "Bu, bizim ərazimizdir. İnanılmaz dərəcədə qəribə səslənir - biz öz torpağımızdan niyə getməliyik? Nə üçün onlar bizim torpağımızı işğal ediblər və heç kim onları oradan çıxara bilmir?" - o bəyan edib.
Bundan başqa, Ukrayna lideri Ağ Evin rəhbəri Donald Trampla münasibətlərinə toxunaraq onları "çətin" adlandırıb, lakin Ukraynanın Birləşmiş Ştatlarla münasibətlərinin "şəxsi münasibətlərdən kənara çıxdığını" vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 717 Tarix: 01 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 0 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 0 Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə
14.11.2026 216 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 222 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
14.11.2026 301 Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
01:14 277 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
14.11.2026 211 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 287 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
14.11.2026 230