Əfqanıstan və Pakistan arasında silahlı qarşıdurma başladı - POLİTOLOQDAN AÇIQLAMA
Dünən Əfqanıstan və Pakistan arasında silahlı qarşıdurma başlayıb və regionda yeni gərginlik dalğası yaranıb. İlk məlumatlara görə, sərhəd ərazilərində toqquşmalar qeydə alınıb və hər iki tərəf ciddi itkilər verib. Hadisə həm regional, həm də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir, çünki bu münaqişənin qonşu ölkələrə və ümumi təhlükəsizlik vəziyyətinə təsiri böyük ola bilər. Diplomatik mənbələr tərəfləri münaqişəni dərhal dayandırmağa və sülh danışıqlarına başlamağa çağırır.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, Pakistan və Əfqanıstan arasında olan son toqquşmanın konkret səbəbini tapmaq çətindir. Ümumiyyətlə Əfqanıstanla Pakistan arasında əsasən sərhəd problemləri var. Yəni sərhədlərin bir çox hissəsi müəyyənləşməyib və ona görədə müəyyən zamanlarda tərəflər bir-birinin ərazisinə müdaxilə edir. Bu səbəbdən iki ölkə arasında toqquşmalar baş verir. Onun sözlərinə görə, Əfqanıstan müəyyən postları tutmaq istiqamətində cəhdlər etdi və Pakistanın cavabı ilə iki ölkə arasında müharibə faktiki olaraq başladı. Yəni rəsmi olaraq müharibə elan edilib: "Problemin əsas səbəbi məhz sərhəd problemidir. Bu müharibə regionda daha bir münaqişə ocağının alovlandırılmasına hesablanıb. Burda birdən çox tərəfin, həm regional oyunçuların, həmdə qlobal oyunçuların marağı ola bilər. Bu müharibənin alovlanmasında əsas maraqlı tərəflərdən biridə Hindistandır. Çünki Hindistanın Pakistanla tarixi bir qarşıdurması var.
Donald Trampın müdaxiləsi ilə ötən ilki müharibə dayandırılsada, ancaq münaqişə həll olunmamış qaldı. Talibanın Əfqanıstanda yenidən hakimiyyətə gəlməsindən sonra bir çox ölkənin Əfqanıstanda siyasi kapitalı var. Hindistan bu ölkələrdən biridir. Bu müharibədə digər bir maraqlı tərəf isə ABŞ-dır. Çünki Əfqanıstanla Pakistan arasında olan toqquşma ilk öncə həmin bölgədə, yəni Çinin sərhədləri yaxınlığında böyük bir qarşıdurmanın yaranması deməkdir. Talibanın hakimiyyətə gəlməsindən sonra Çinin Əfqanıstan üzərində ciddi təsir imkanları artmışdır. Belə bir müharibənin başlamasından sonra Çinin Əfqanıstana qoyduğu kapital risk altına düşür.
Digər bir ən önəmli məsələ isə bu müharibə səbəbi ilə Çinin nəqliyyat dəhlizlərinin risk altına düşməsidir. Əfqanıstan və Pakistan arasında olan müharibənin dahada böyüməsi ehtimalı var. Pakistanın Müdafiə Naziri bəyan etdiki, Hindistanlada müharibə ehtimalı var. Çünki Əfqanıstanla Pakistan arasında müharibə şiddətlənsə, Hindistan Kəşmirə müdaxilə edə bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 808 Tarix: 27 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 221 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
14.11.2026 239 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 293 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 0 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 236 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 257 Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 0 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 243 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 401